Yuxarı

Bundan sonra banklar ipoteka kreditini…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövcud qaydalara əsasən, adi ipoteka kreditləri üzrə ilkin ödəniş məbləğinin 15-25 faiz, sosial kreditlər üzrə isə 15 faiz olması o deməkdir ki, heç bir halda bank adi ipoteka krediti üzrə 25, sosial kreditlər üzrə isə 15 faizdən çox ödəniş tələb edə bilməz.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert ipoteka krediti üzrə ilkin ödəniş məbləği ilə bağlı suallara aydınlıq gətirib:

“Monitorinqlərimiz göstərirdi ki, ipoteka krediti verilən zaman bəzi banklar kredit alan şəxsdən hətta 40 faizlik ilkin ödəniş belə tələb edirdi. Bu isə xüsusən aztəminatlı ailələrin kreditdən istifadə imkanlarını xeyli məhdudlaşdırırdı. Mövcud qaydalara əsasən, adi ipoteka kreditləri üzrə ilkin ödəniş məbləği 15-25 faiz, sosial kreditlər üzrə isə 15 faizdir. Bu isə o deməkdir ki, heç bir halda bank adi ipoteka krediti üzrə 25, sosial kreditlər üzrə isə 15 faizdən çox ödəniş tələb edə bilməz. Bəzi banklar bu rəqəmlər üzrə spekulyasiya aparıb ilkin ödəniş tələb etsələr belə, söhbət maksimum faizlərdən gedir. Təəssüf ki, əvvəllər 40-45 faizlik ilkin ödənişin tələb edilməsi halları çox müşahidə edilirdi. Belə hallar olan zaman İpoteka Fonduna müraciət etmək lazımdır. Digər tərəfdən, hətta mövcud ilkin ödəniş məbləğləri də yüksəkdir, xüsusən də aztəminatlı ailələr üçün birdəfəlik 15 və ya 25 faiz ödəniş etmək heç də asan deyil. Bu baxımdan əvvəllər də təklif etdiyim kimi, ilkin ödəniş məbləğinin adi ipoteka kreditləri üzrə 10-15, sosial ipoteka kreditləri üzrə isə 10 faizədək azaldılmasına ehtiyac var. Bu, bankların yenə də risklərini sığortalamaq imkanı verməklə ipoteka kreditlərinə əlçatanlığı artıra bilər”.

Qeyd edək ki, Prezident İlham Əliyev elektron hökumət portalında elektron ipoteka sisteminin yaradılması ilə əlaqədar fərman imzalayıb.

Növbəti ilin əvvəlindən Azərbaycanda ipoteka kreditlərinin verilməsi bərpa ediləcək. Belə kreditlərin maksimum məbləği 100 min manatadək olacaq.

Beləliklə, gələn il dövlət büdcəsindən ipoteka kreditləşməsinə bütövlükdə 100 milyon manatın ayrılması nəzərdə tutulur.

Tarix
2016.11.25 / 17:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla