Yuxarı

Samir Şərifov: "Büdcəyə yenidən baxıla bilər"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin 5 komitəsi - Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitəsi, Elm və təhsil, Mədəniyyət , Əmək və sosial siyasət komitələrinin birgə iclasında 2017-ci ilin büdcə zərfinə daxil olan layihələriin müzakirəsinə başlanılıb.

Report-un verdiyi xəbərə görə, Maliyyə naziri Samir Şərifov bildirib ki, milli valyutanın devalvasiyasına baxmayaraq, yenə də manatın məzənnəsi təqyiqlərə məruz qalmaqdadır.

O qeyd edib ki, xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub.

"Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar/bareldən daha da azalması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması (2017-ci ildə ÜDM-in 1%, qeyri-neft sektoru üzrə ÜDM-in 2,5% artımı), artımın gec olması və xarici mühitdəki digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər", - S.Şərifov qeyd edib.

Tarix
2016.12.01 / 11:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla