Yuxarı

Bazarı əlavə təzyiqdən qoruyuruq - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün hökumətin, Mərkəzi Bankın siyasəti odur ki, bazarda əlavə təzyiq yaratmamaqdır. Əsas alət də monetar siyasətdir, pul kütləsinin sıxışdırılmasıdır. Pul kütləsinin genişləndirilməsi bazarda təzyiqləri artırır.

Report-un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əsas məsələ makroiqtisadi sabitliyi bərqərar edib, daha sonra 2017-ci ildə iqtisadi artıma keçməkdir.

S.Şərifov həmçinin, Tarif Şurasının qərarı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: "Aşağı qiymətlərdən bütün təbəqələr faydalanır. Əhalinin arasında imkanlılar var. Bunlar həmin ucuz qiymətlərdən istifadə edirlər. Əsas istiqamət həmin imkanlı adamların daha çox ödəməsi və bunun hesabına imkanı az olan əhali qrupunun sabit tariflərdən istifadə etməsidir. Dolayı təsirlərin yumşaldılması üçün hökumət tərəfindən ünvanlı sosial yardım həcmlərinin artırılması nəzərdə tutulur. Bu da ehtiyac meyarının artırılması hesabına baş verəcək. Əlavə gəlirlərin böyük hissəsi ünvanlı sosial yardımların artrılmasına yönələcək. Bu yanaşma düzgündür və dünyada qəbul olunur. Bu addım sosial baxımdan həssas qrupa daxil olan əhali qrupu üçün önəmlidir".

"Bu xidmətin yüksək səviyyədə göstərilməsi üçün şirkətlər vəsait xərcləməlidir. Azərbaycanda əhaliyə verilən qazın 40%-dən yuxarı hissəsi hasilatın pay bölgüsü sazişlərindən hasil edilən qazdır. Həmin qaz da SOCAR-a xarici valyuatda satılır. Dövlət Neft Şirkətini öz hasilatı 50%-dən bir qədər yuxarıdır. Bu il dövlət SOCAR-a müəyyən yardım göstərmək məcburiyyətindədir. Onun faktiki əldə etmədiyi gəlirlərin kompensasiyasını həyat keçirməliyik", - deyə nazir əlavə edib.

Tarix
2016.12.02 / 14:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla