Yuxarı

Azərbaycan banklarının borcu yenə azalmadı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bank sektorunda fəaliyyət göstərən bankların məcmu borcu 2015-ci ilin yanvarın 1-dən 2016-cı il oktyabrın 1-dək təqribən 200 mln. ABŞ dolları və ya 2,4% artaraq 8,44 mlrd. dollar təşkil edib.

Report-un analitik qrupu bildirir ki, 2015-ci il yanvarın 1-ə kommersiya banklarının 1,9 mlrd. dollara yaxın olan Azərbaycan Mərkəzi Bankına (AMB) öhdəliyi hazırda 2,4 dəfə artaraq 4,5 mlrd. dollara çatıb. Eyni zamanda bank sektorunun xarici öhdəlikləri 6,35 mlrd. dollardan 1,6 dəfə azalaraq 3,9 mlrd. dollara geriləyib. Yəni, bank sektorunun son 21 ayda ödədiyi 2,5 mlrd. dollar xarici borcu demək olar, AMB-nin yenidən maliyyələşdirməsi hesabına təmin edilib.

Statistika göstərir ki, 2017-ci ildə kommersiya banklarının xarici öhdəliklərini təqribən 1,2 mlrd. azaldılacaq. Bu vəsaitin AMB tərəfindən təmin ediləcəyi ehtimal olunur. Belə ki, bank sektoru maliyyə böhranı səbəbindən yetərincə mənfəət gətirməməsi, hətta bir çox bankın zərərlə çalışdığı müşahidə edilir.

Xatırladaq ki, bir qədər əvvəl "Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının 2017-ci ilin ilk rübünün sonuna qədər 450 mln. dollar xarici borcunu ödəməli olduğunu açıqlayıb.

Bank sektorunun məcmu borc səviyyəsini azaltmaq üçün əsas fəaliyyət gəlirini artırması zəruridir və yaxud mövcud borc səviyyəsini sürdürmək üçün bankların aktivlərinin yüksəlməsi vacibdir. Hazırda kommersiya banklarının gəlirləri əsasən valyuta əməliyyatları və əməliyyat gəlirlərindən ibarətdir. Bankların ilk devalvasiyadan sonra kredit portfeli getdikcə azaldığından banklar kifayət qədər mənfəət əldə edə bilmir. Problemli kreditlərin artması isə borcların ödənilməsində çətinlik yaradır. Bununla yanaşı, əhalinin real gəlirləri son 2 ildə azaldığından əhali bank sektorundan 4,3 mlrd. dollara yaxın əmanəti çıxarıb. Bu da bank sektorunun fəaliyyətinə əlavə yük gətirib.

Tarix
2016.12.02 / 22:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla