Yuxarı

Ərdoğan mümkünsüzü mümkün elədi: dollar düşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Türkiyədə sürətlə qalxaraq, 3,54 lirə ilə tarixi maksimuma yüksələn dollar qısa müddət sonra ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda Türkiyədə 1 dollar artıq 3,37 lirəyə enib. Dolların bu cür ucuzlaşmasına səbəb kimi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa “yastığınızın altındakı dollarları lirəyə dəyişin” deyə müraciət etməsi və lirəni qoruyacağına vəd verməsi, həmçinin Rusiya, o cümlədən İran, Azərbaycan, Çin və s. ölkələrlə ticarəti milli valyuta ilə aparmaq üçün müzakirələrə başlamasıdır.

Ərdoğanın bu çağırışının heç bir nəticə verməyəcəyini proqnozlaşdıran iqtisadçılar da hazırda heyrətdədirlər. Görünən odur ki, Türkiyə xalqı öz liderinə inanır və xalqın dəstək verdiyi lider də mümkünsüzü mümkün edə bilir.

Bu arada, şimal qonşumuzda da dollar son bir həftədə ucuzlaşmaqda davam edir. Ötən həftə 64.14 rubla qədər ucuzlaşan dollar hazırda 63.42 rublda qərarlaşıb.

İranda isə neftin bahalaşması ilə kəskin düşən dollar bu gün yenidən 39200 reala (3920 tümən) qalxıb. Ekspertlər bunu İranın milli pul vahidi realın adını ölkədə daha çox işlənən tümən adına dəyişmə və sondakı bir sıfrı pozma qərarı ilə izah edirlər.

Tarix
2016.12.08 / 13:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla