Yuxarı

“Nar”dan yeni sərfəli tarif

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” yeni “3-ü 1-də aylıq” tarifini təqdim edib.

“Nar”dan Axar.az-a verilən məlumata görə, tarifə qoşulan istifadəçilər elə həmin andan etibarən, ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə, 300 SMS və 900 MB internet trafiki əldə edirlər.

Tarifə qoşulmuş abunəçinin balansından 9 AZN çıxılır və təqdim olunmuş dəqiqə, SMS və internet trafiki bitdikdən sonra, 1 ölkədaxili zəngin dəqiqəsi 5 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 5 qəpik təşkil edir.

Qeyd edək ki, “3-ü 1-də aylıq” tarifi çərçivəsində təqdim olunan dəqiqə, SMS və internet trafikinin istifadə müddəti 30 gündür. Bu müddət bitdikdən sonra balansda kifayət qədər məbləğ olduğu halda, bonuslar avtomatik olaraq yenilənir. Balansda kifayət qədər məbləğ olmadıqda isə, tarif avtomatik olaraq yenilənmir və xidmətlər üçün 1 ölkədaxili zəngin dəqiqəsi 6 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 29 qəpik təşkil edir.

“3-ü 1-də aylıq” tarifinə qoşulmaq üçün “3in1” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#61#YES şifrəsini yığmaq kifayətdir.

“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

Tarix
2017.01.11 / 12:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi..

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla