Yuxarı

2017-nin əsas qlobal riskləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya İqtisadiyyat Forumunun ekspertləri Davosda dünyanı təhdid edən qlobal riskləri müəyyən ediblər.

Axar.az xəbər verir ki, hesabatda risklər 5 kateqoriyaya bölünüb. Bunlar iqtisadi, ekoloji, geosiyasi, sosial və texnolojidir. Ekspertlərin fikrincə, 2017-ci ildə insanlıq üçün əsas təhdid ekoloji və geosiyasi problemlərdir. Ekolji problemlər sırasına ekstremal hava şəraitinin peyda olması, irimiqyaslı təbii fəlakətlər və antropogen ekoloji fəlakətlər riskləri aid edilib. Geosiyasi baxımdan isə dünyanı böyük teraktlar, dövlətlərarası konfliktlər və qeyri-effektiv dövlət idarəçiliyi təhdid edir.

2017-də insanlığı ən çox təhdid edəcək problemlər sırasında texnoloji risklər üçüncü yerdə qərarlaşıb. Bu sıraya şəxsi və ya xidməti məlumatların ələ keçirilməsi, kiberhücumlar da aid olunub. Sosial və iqtisadi risklər sırasına isə irimiqyaslı miqrasiya və qeyri-qanuni ticarət “layiq görülüb”.

Ekspertlərin fikrincə, qlobal risklər sırasına əhalinin yaşlanması, beynəlxalq strukturların (BMT, NATO) rollarının dəyişməsi, iqlim dəyişkənliyi, ətraf mühitin vəziyyətinin pisləşməsi, inkişaf etməkdə olan ölkələrdə orta sinfin və millətçilik əhval-ruhiyyəsinin güclənməsi, cəmiyyətin qütbləşməsinin dərinləşməsi, insanların sayının, xroniki xəstəliklərdən əziyyət çəkənlərin, texnologiyalardan asılılığın, əhalinin coğrafi hərəkətliliyinin, varlılar və kasıblar arasında gəlir fərqinin artması, güc mərkəzlərinin yerdəyişməsi, urbanizasiyanın güclənməsi daxildir.

Tarix
2017.01.11 / 21:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla