Yuxarı

AST Telmanın oğlu da müflis oldu: Milyarderi bitirən səbəblər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AST Telman” kimi tanınan azərbaycanlı iş adamı, bir müddətdir müflis olan Telman İsmayılov yenidən gündəmə gəlib. Bu dəfə o, oğlu Ələkbər İsmayılovla bağlı müzakirə mövzusu olub.

Belə ki, Rusiyada fəaliyyət göstərən "BMW Bank" məhkəməyə müraciət edərək Rusiya Dövlət Dumasının sabiq üzvü Aleksey Mitrofanovun və Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan olunmasını tələb edib. Missiya.az xəbər verir ki, iddia tələbinin məbləği açıqlanmır. A. Mitrofanov və Ə. İsmayılovdan münasibət öyrənmək mümkün olmayıb. "BMW Bank"ın rəsmisi də şərh verməkdən imtina edib. Qəzetin araşdırmaları nəticəsində məlum olub ki, 2011-ci ilin sonuna A. Mitrofanovun "BMW-X6" və "BMW-750Li" avtomobilləri var. 2015-ci ilin sonuna isə sabiq deputatın yalnız "BMW-750Li" markalı maşını qalıb. Ə. İsmayılova "AST Trans Market" şirkətinin səhmlərinin 31,7%-i, bir o qədəri onun qardaşı Sərxana, qalan hissəsi isə qohumu Zaur Mərdanova məxsusdur.

İndiyə qədər “AST Telman”ın müflis olması ilə bağlı mətbuatda saysız-hesabsız xəbərlər dərc olunub. Onun sıradan çıxarılmasına səbəb kimi ən çox Rusiya prezidenti Vladimir Putinin qəzəbinə tuş gəlməsi, eləcə də, biznesini Türkiyəyə köçürdükdən sonra burada başına gələnlər göstərilirməklə yanaşı, oğlunun bu acı taleyinə də onun uğursuzluğunun səbəb olduğu bildirilir.

Vaxtı ilə Rusiyanın siyasi rəhbərliyi ilə hesablaşmayan və bu səbəbdən sonunu gətirən “AST Telman”a görə sonda onun oğlunun da müflis elan olunduğu qeyd olunur.
“AST Telman”ın çöküşünün başlandığı və oğlunun biznesinin müflisi ilə başa çatan həmin hadisə ilə bağlı qısa məlumat verək.

2009-cu il iyunun 1-də o vaxtkı baş nazir Vladimir Putin hökumətin iclasında gömrükçüləri sərt tənqid edəndən sonra azərbaycanlı oliqarxın biznes həyatının son siqnalları duyulmağa başladı. 2009-cu il iyunun sonunda “AST Telman”ın əsas gəlir mənbəyi sayılan Çerkizov bazarı sanitar normaların pozulmasına görə müvəqqəti bağlandı.

Daha sonra Federal Miqrasiya Xidməti bazarda yüzlərlə qeyri-leqal miqrant aşkar etdi. Bazarın ərazisinin icarə müqaviləsi ləğv olundu, binası söküldü və bununla da MDB-nin ən böyük “talkuçka”sının əhvalatı başa çatdı.

Rusiyada azərbaycanlı oliqarxa qarşı qəflətən sərt münasibətin göstərilməsini əsas “AST Telman”ın Antalyada tikdirdiyi lüks hotellə əlaqələndirirlər. Belə ki, 2009-cu ilin mayında İsmayılov Antalyada “Mardan Palace” hotelinin açılışı münasibətilə dəbdəbəli mərasim təşkil etdi. İsmayılov bu bazarın tikintisinə az qala bütün pullarını xərcləmişdi.

Mərasimdə Şeron Stoun və Monika Belluci kimi Hollivud ulduzları çıxış etdilər, bahalı hədiyyələr paylandı, atəşfəşanlıq oldu. İsmayılovun Çerkizov bazarında qazandığı pulları bu cür səs-küylə, əda ilə Türkiyədə xərcləməsi Rusiya rəhbərliyinin səbr kasasını daşıran sonuncu damla idi. “AST Telman”ın bu addımı rus hakim dairələrini qıcıqlandırmaya bilməzdi.

Rusiyadakı fiaskosundan sonra Türkiyədə biznesini xilas etməyə çalışsa da, azərbaycanlı oliqarx bunu bacarmadı. Antalyada atasının adına tikdirdiyi “Mardan Palace” hotelini sonradan dəyərindən qat-qat aşağı qiymətə-130 milyona satması ilə onun biznes imperiyasının ömrü sona çatdı.

Bir milyarderin qısa müddətdə çöküşü ilə bağlı müxtəlif fikirlər var. Çoxları hələ də buna inanmır və bunu mümkünsüz hesab edirlər.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “AST Telman”ın çöküşü ilə bağlı bir neçə səbəbdən söhbət getdiyini söylədi: “Məndə olan məlumata görə, Telman İsmayılov biznesinin müflis elan olunması ilə bağlı hətta məhkəməyə özü müraciət edib. Onun biznesinin çöküşü ilə bağlı bir neçə müddətdir xəbərlər gedir. İqtisadi böhran şəraitində onun kimi biznesmenlərin müflis olması təbii bir haldır. Bu tək Telman İsmayılovla bağlı məsələ deyil. Bu gün çoxsaylı iş adamları iqtisadi böhrana görə ya fəaliyyətləri zəifləyir, ya da müflis olmaqdan qurtula bilmirlər. Ola bilsin ki, Telman İsmayılovla bağlı baş verən hadisələrin ətrafında müəyyən siyasi amillər olsun. Az-çox mətbuat vasitəsilə aldığımız məlumatlar bunu deməyə əsas verir. Amma bütövlükdə bunun dünyada gedən iqtisadi böhranla bağlı olduğu qənaətindəyəm. Burada başqa motivlər axtarmağın yeri yoxdur. Biznes qurularkən müəyyən səhvlərə yol verilirsə, müəyyən müddətdən sonra bunun nəticələri büruzə verə bilər. Bu baxımdan ola bilər ki, bu biznes qurularkən illərlə bəzi səhvlərə yol verilsin. Yaranan çatlar bir o qədər nəzərə çarpmaya bilər. Zamanı çatanda o çatlar böyüyəndə artıq qarşısını almaq mümkünsüz olub. Əslində dövlətin belə iş adamlarını qorumaq öhdəliyi olmur. Belə adamlarla dövlət arasındakı münasibət yalnız vergilər vasitəsilə ilə tənzimlənir. Dövlət onun fəaliyyətinə mane olmur, o öz fəaliyyətini özü qurur. Əgər o zamanında müəyyən səhvlərə yol verməsi nəticəsində müflis olma ilə üzləşirsə, dövlətin burada nə kimi öhdəliyi ola bilər? Təbii ki, bir biznesmenin çöküşünün dövlətin vətəndaşlarına maraqlarına ciddi zərbəsi olarsa, bu zaman hökumət müdaxilə edə bilər. Amma dövlət tərəfindən tez-tez belə yardımlar olarsa, bu ənənə xarakteri alar ki, bu da xoş sonluqla nəticələnməz”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, “AST Telman” öz səhvlərinin qurbanı olub: “Putin oliqarxlarla münasibət qurmağa çalışdı, öz strategiyasını ortaya qoydu. Yəni siz Rusiya dövləti və hakimiyyətinin maraqları ilə razılaşırsınız, biz dediyimiz qaydada çalışırsınız, biz də sizə imkanlar yaradırıq, gələcək inkişafınızı təmin edirik. Kim buna razı olmadısa, sonradan aqibətlərini gördük. Bir sıra oliqarxlar sıradan çıxdı, yaxud ölkəni tərk etdilər. O cümlədən, İsmayılov da. O, oyun qaydalarını qəbul etmədi. İsmayılov əsasən, Yuri Lujkovla (Moskvada “Mosqorispolkom”un sədrinin birinci müavini, kooperativ və fərdi əmək fəaliyyəti üzrə şəhər komissiyasının sədri) yaxın dost idi. O da bir müddət oyun qaydaları ilə razılaşmadı. Lujkovun kənarlaşdırılması uzun müddət çəkdi. Bu da Putinin güclənməsi nəticəsində baş verdi. Lujkova bağlı olan, Putinin qərarları ilə razılaşmayan biznesmenlər müflis oldular. İsmayılov konkret qərar vermədi və sonunu gətirdi. Əsas problem məncə buradadır. Bunları etsəydi, bu vəziyyətə düşməzdi. Onun birbaşa dövlət və mövcud hakimiyyətlə problemi oldu və acı sonluqla bitdi”.

Tarix
2017.01.12 / 00:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla