Yuxarı

“Baksell” yeni şüarını təqdim etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baksell” şirkəti böyük məmnuniyyətlə “Bax nələr mümkündür” şüarı ilə yeni mövqeləndirmə strategiyasına keçdiyini elan edib.

Bu barədə Axar.az-a şirkətdən məlumat verilib.

Şirkətin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib ki, “Baksell” təsis olunduğu gündən özünü qiymət və keyfiyyət nisbətinə önəm verən bir operator kimi təqdim edib:

“Müştərilərimizin ehtiyac və gözləntilərinin daim diqqət mərkəzində saxlanması bizi “Baksell”in özünü ictimaiyyətə təqdimatını dəyişərək, onu daha fərqli və unikal etməyə ilhamlandırır. Zaman sürətlə dəyişir və dövrümüzün bütün çağırışlarına cavab vermək üçün biz zamanın nəbzini tutmalıyıq. Bu gün telekommunikasiya sahəsi daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəlib. Bu sahədə tərəqqi çox sürətlə gedir və texnoloji şirkət olaraq, biz müştərilərimizin bazarda mövcud olan ən yaxşı və təhlükəsiz həllərdən faydalanmalarına kömək edirik. “Baksell” təkcə texnologiya, təkliflər, danışıq dəqiqələri və meqabaytlar deyil, həmçinin insanların həyatında etdiyi müsbət dəyişikliklərdir. Kommunikasiya dövrü düşündüklərimizdən daha artıqdır: o, bir çox müxtəlif imkanlar yaradır və bizim məqsədimiz insanların bu cür imkanlardan istifadə edə bilməsini asanlaşdırmaqdır. Beləliklə, “Baksell”in yeni mövqeləndirmə strategiyasının məqsədi insanların həyatına daha çox fayda gətirmək, habelə kommunikasiya dövrünün təklif etdiyi müxtəlif imkanların müştərilərimiz tərəfindən mənimsənilməsini təmin etməkdir. Yeni “Bax nələr mümkündür” fəlsəfəsini rəhbər tutaraq, “Baksell” şirkəti öz təkliflərini, innovasiyaları, xidmət və məhsullarını elə bir tərzdə təqdim etməyə çalışacaqdır ki, onlar insanların gündəlik həyatını, işini və asudə vaxtlarını ən müasir texnoloji yeniliklərlə əhatə etsin. Bu yeni mövqeləndirmədə əsas məqsəd telekommunikasiya sahəsində “Baksell”i digər rəqiblərdən aydın şəkildə fərqləndirmək, müştəriyönümlü olmaq və onların gözləntilərinə cavab verməkdir”.

Telekommunikasiya sahəsinin getdikcə daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəldiyini nəzərə alaraq, “Baksell” sadəcə çalışacaqdır ki, onun müştəriləri öz telefonları, bağlantıları, internet və sürətləri ilə edə biləcəkləri inanılmaz şeyləri görə bilsinlər.

“Bax nələr mümkündür” “Baksell”in gündəlik fəaliyyətinin əsas istiqaməti olacaq və müştərilərin müsbət dəyişikliklərə və innovasiyalara olan ehtiyacını ünvanlayacaq.

Tarix
2017.01.13 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla