Yuxarı

Rusiya elə bərbad vəziyyətə düşüb ki... - Kudrin

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz hazırda ən aşağı iqtisadi artım templərindən birini yaşayırıq.

Axar.az xəbər verir ki, bunu “Qaydar forumu”nda çıxışı zamanı Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib. O, hazırkı iqtisadi artımın SSRİ-nin durğunluq dövründən də aşağı olduğunu bildirib:

“Biz aşağı templərin uzun zolağına düşmüşük. Bu təkcə neft və ya sanksiyalarla bağlı deyil. Əsas problem Rusyanın öz daxilindədir. Daha doğrusu, institusional və struktur problemləridir. Əgər ciddi islahatlar həyata keçirilsə, Rusiya 2035-ci ilə qədər öz ümumdaxili məhsulunu iki dəfə artıra bilər. Rusiya bu gün dünya sistemində öz iqtisadiyyatının payını saxlamaq istəyirsə, dünyanın ortalama iqtisadi artım templərindən yuxarı yaşamalıdır. Bu templərə çıxmaq isə elə də asan deyil. Bu hədəfin 5-7 il əvvəl qoyulmağına baxmayaraq, hələ də yerinə yetirilməyib. Yekun tədbirlər görülmür ki, yeni iqtisadi model yarada biləsən. Bizim qarşımızda çox ciddi çağırışlar var və onlar iqtisadi artıma mane olurlar. Bunlar hər şeydən öncə demoqrafik problemlər, investisiyaların çatışmazlığı, sanksiyalar, dünya maliyyə bazarlarından uzaqlaşma, texnoloji gerilik, aşağı məhsuldarlıq və dövlət idarəçiliyinin keyfiyyətidir”.

Tarix
2017.01.13 / 14:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla