Yuxarı

Prezident bu sahəni xüsusi nəzarətə götürdü - Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident 2017-ci ildə bir sıra vacib struktur və iqtisadi islahatlar həyata keçirəcək, çünki buna zərurət var və ictimaiyyət də müəyyən dəyişikliklər gözləyir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan nitqini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, hazırda Azərbaycan üçün bir nömrəli məsələ bank sisteminin sağlamlaşdırılmasıdır:

“Qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub. 2016-cı ildə çox ciddi sosial problemlər olmadı, neftin qiymətinin aşağı olmasına baxmayaraq, Azərbaycanda ciddi problemlər yaşanmadı. Ən əsası odur ki, Azərbaycan bölgədə sabit dövlət kimi fəaliyyət göstərir. Dövlət başçısı bank sisteminə çox ciddi toxundu. Çünki bu sahədə vəziyyət olduqca ağırdır, sağlamlaşdırma prosesi getməli, şəffaflıq olmalıdır. Prezident artıq bununla əlaqədar göstərişlər verdi, müəyyən banklara 2017-ci il üçün yardımları artırdı, Mərkəzi Banka milli valyutanın liberallaşdırılması üçün 7,5 milyard manat ayırdı.

İkinci məsələ kənd təsərrüfatı ilə bağlıdır. Həqiqətən də bu gün Azərbaycanın imkanları var ki, bəzi məhsulları idxal etməsin. Ölkə başçısı xüsusilə də ölkədə şərab istehsalı ilə bağlı qaranlıq məqamların, bu işdə görünməyən əllərin və bir sıra problemlərin olduğunu vurğuladı. Bununla da 2017-ci ilin əsas proqramları açıqlandı və göstərişlər verildi. Artıq 12 sahəni əhatə edən strateji yol xəritələrinin həyata keçirilməsinə başlanılıb. Prezident 2017-ci ildə bir sıra vacib struktur və iqtisadi islahatları həyata keçirəcək, çünki buna zərurət var və ictimaiyyət də müəyyən dəyişiklikləri gözləyir”.

Millət vəkili onu da qeyd edib ki, 2017-ci il Azərbaycan üçün də müəyyən qədər problemli olacaq:

“Çünki neftin qiyməti, ABŞ-da prezidentlik fəaliyyətinə başladıqdan sonra Trampın yürüdəcəyi siyasət hələ bilinmir.

Ancaq bizim əsas problemimiz qeyri-neft sektorunun inkişafı olduğu üçün prezident bu sahəyə çox diqqət yetirir. Ona görə də bu il əsas prioritetlər qeyri-neft sektoru və bank sahəsi olacaq”.

Tarix
2017.01.14 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla