Yuxarı

ABŞ dünyanı çökdürür: FES bu il üç dəfə...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

FES 2016-cı ilin dekabrındakı artımdan əlavə, 2017-ci ildə uçot dərəcəsinə üç dəfə baxmağı proqnozlaşdırır və artım istiqamətində yeni qərarların qəbul edilməsi gözlənilir.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Ekspertin sözlərinə görə, başlıca məqsəd ilk növbədə Amerikaya kapital axınını cəlb etmək, ölkə iqtisadiyyatını stimullaşdırmaqdır.

“Ancaq bu cür siyasətin Amerika üçün mənfi tərəfləri var və ixracın stimullaşdırılmasına pis təsir edə bilər. Çünki bahalı dollarla istehsal edilən məhsullar dünya bazarında yer tapmaqda çətinlik çəkəcək. Hər halda Amerika Mərkəzi Bankı bu ilin I rübünün yekunlarına və makroiqtisadi göstəricilərinə uyğun olaraq müvafiq qərar qəbul edəcək. Bu il planlaşdırılan üç toplantıdan birində uçot dərəcəsinə yenidən baxıla bilər. Əgər gözləntilər özünü doğruldarsa, faiz dərəcələri qaldırılacaq və bu, dolların daha da bahalaşması ilə nəticələnəcək”.

Ekspertin fikrincə, ABŞ getdikcə Rusiya ilə artan qarşıdurma zəminində yaxın gələcəkdə neftin qiymətlərinin artmasına imkan verməyəcək:

“Bu istiqamətdə ABŞ son iki ildə məqsədyönlü şəkildə çox işlər apardı. Amerika bu siyasətini bu il də davam etdirəcək və çox güman ki, neft ixracının artırılmasına gedəcək”.

Tarix
2017.01.14 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla