Yuxarı

Beynəlxalq Bankın rəhbərliyinə daha bir təyinat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) Müşahidə Şurasının toplantısı keçirilib.

ABB-dən Axar.az-a verilən məlumatda bildirilir ki, toplantıda Abbas Məmmədəli oğlu İbrahimov ABB-nin İdarə Heyətinə (İH) üzv qəbulu və onun İH sədrinin I müavini vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.

A.İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində iş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə İstanbul Texniki Universitetində biznes inzibatçılığı üzrə (maliyyə istiqaməti) magistr dərəcəsi alıb. Bank-maliyyə sektorunda fəaliyyətə 2005-ci ildə Bank of Baku ASC-də Tədqiqat və inkişaf Departamentinin mütəxəssisi kimi başlayıb. Ayrı-ayrı vaxtlarda ödəniş kartları bölməsinin rəhbəri, Məhsulların yaradılması və idarə edilməsi Departamentinin direktoru, Bankın İdarə Heyəti sədrinin müavini olub. Son təyinata qədər Bank of Baku ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Xalid Əhədovun rəhbərlik etdiyi ABB-nin yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər xərclərin optimallaşdırılması, restrukturizasiya tədbirlərinin həyata keçirilməsi hesabına fəaliyyətin effektivliyinə qısa zamanda nail olmaq, ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaq, həmçinin Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanında qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirməkdir.

36 filiala və 40 şöbəyə malik olan ABB hazırda aktivlərinin həcmi, müştəri bazası, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır.

Tarix
2017.01.16 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla