Yuxarı

Küveyt neft hasilatını bir az da azaldır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt neft hasilatı səviyyəsini endirməyə davam edəcək.

Axar.az xəbər verir ki, bunu “Skay nyus Arabia” televiziyasında çıxışı zamanı Küveytin Neft naziri Assam Mərzuk söyləyib. O, ölkəsinin OPEK-lə razılaşdırdığı hasilatın azaldılması ilə bağlı kvotanı daha 17 min barrel artıra biləcəyini söyləyib:

“Biz ixtisar səviyyəsini artırmağı davam etdirməyə qərar verdik. Bununla OPEK və ona üzv olmayan digər ölkələrə nümunə olmaq istəyirik. İndiyə qədər hasilatı 133 min barrel azaltmışıq. Bu gün əmr verilib ki, daha 6 min barrel azaldaq. Nəticədə günlük hasilatı 148 min barrelə qədər azaltmaq istəyirik”.

Qeyd edək ki, Vyanada OPEK və ona üzv olmayan neft istehsal edən ölkələrin görüşündə hasilatın azaldılması ilə bağlı qərar qəbul edilib. Qərara əsasən OPEK hasilatı 1,164 milyon barrelə qədər azaltmalıdır. Razılaşmaya qoşulan digər 11 ölkə üçün bu həcm 558 min barrel olacaq. Bununla da neft hasilatı ümumilikdə 1,8 milyon barrelə qədər azaldılmalıdır.

Küveytin payına bu ixtisardan 131 min barrel düşür.

Tarix
2017.01.16 / 14:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla