Yuxarı

Mağazalarda siqaret qıtlığı: çıxış yolları… - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaratmaqdadır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alğı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər:

“Təbii ki, aksiz markalı məhsulların, eləcə də tütün və siqaretin topdansatışının nağdsızlaşdırılması vacibdir. Bu, dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin işdir. Amma şirkətlərin, eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınını stimullaşdırıır”.

İqtisadçı sözügedən problemin çıxış yollarını da göstərib:

“Əvvəla, nağdsız hesablaşmaların tətbiqi üçün keçid müddətinin müəyyənləşdirilməsinə ehtiyac var. Məsələn, qanunvericiliyə əsasən, sahibkarlara nağdsız hesablaşmaların tətbiqi üçün 6 ay hazırlıq vaxti verilə bilər ki, bu müddətdə də xüsusən mağaza və supermarketlər prosesə hazırlaşarlar.

İkincisi, nağdsız hesablaşmalarla bağlı tələbin ən azı ilkin mərhələdə pilot olaraq Bakıda tətbiq edilməsi və daha sonra rayonlara transfer edilməsinə ehtiyac var. Nəinki ucqar rayonlarımızda, hətta paytaxa yaxın rayonlarda belə nağdsız hesablaşmalar vərdişi zəifdir. O baxımdan da birinci mərhələdə Bakının pilot olaraq seçilməsi məqsədəuyğundur. Dövriyyənin əhəmiyyətli hissəsinin də Bakının payına düşdüyünü nəzərə alsaq, bu, vəsaitlərin böyük hissəsinin leqallaşdırılması deməkdir. Bu zaman hökumətin rayonlar üçün nağd şəkildə topdan satılan siqaretlərin paytaxt mağazalarına pərakəndə daxil olmaması üçün də konkret nəzarət mexanizmlərinin işlənməsinə ehtiyac var.

Nəhayət, dövlət qurumlarının iri topdansatış siqaret müəssisələri ilə birbaşa danışıqlar aparmasına ehtiyac var. Dövlət qurumları bu problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Təbii ki, maarifləndirmə tədbirləri də diqqətdən kənarda qalmamalıdır”.

Qeyd edək ki, 2015-ci ilin əvvəlində İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alğı-satqısına görə cərimə tətbiq olunacaq. Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Burada “az miqdarda” 50 manatlıq məbləği nəzərdə tutur.

Nağd pulla satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda Bakıda mağazalarda müəyyən növ siqaret brendlərinin qıtlığı müşahidə edilir.

Tarix
2017.02.17 / 13:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla