Paytaxtı Qüds olan Fələstin dövləti... - Misir
17:12
Ana səhifə İqtisadiyyat |
Bank BTB ASC-nin İdarə heyətinin sədri vəzifəsinə Rzayev Emil Sabir oğlu təyin olunub.
Bankın mətbuat xidmətindan Axar.az-a verilən məlumata görə, E.Rzayev 21 ildir bank sektorunda fəaliyyət göstərir. Bunlardan 14 il ərzində yüksək vəzifələrdə çalışıb.
Bank BTB-nin Müşahidə Şurasında da dəyişikliklər baş verib. Banka əvvəl sədrlik edən Samir Qocayev Müşahidə Şurasında Asim Salamovu əvəz edib. Hazırda Müşahidə Şurasının tərkibi 3 nəfərdən ibarətdir.
Qeyd edək ki, Bank BTB 2010-ci ildən yaradılıb. Bu gün bank 10 filial, 6 şöbə və baş ofisdə yerləşən Müştəri Xidmətləri Departamenti ilə təmsil olunub.
Tarix
2017.02.17 / 17:07
|
Müəllif
Axar.az
|