Yuxarı

Önləyici tədbir: Nazirlər Bakıdan mühüm mesajlar verir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının rəsmi Bakı üçün çox böyük əhəmiyyəti var.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspertin sözlərinə görə, 7 ölkədən keçəcək boru kəmərləri sistemi yaradılır və yaxın 10 ilə qədər sistemin buraxılış gücünün mütəmadi olaraq artırılması nəzərdə tutulur:

“Birincisi, yaradılacaq 3500 km-lik bir infrastruktur Xəzər kimi qapalı bir hövzədə yerləşən təbii qazı dünyanın ən böyük istehlakçı bazarı ilə birləşdirməlidir.

İkincisi, infrastruktur çox mürəkkəbdir və biri-birindən asılı olmayan 3 müxtəlif boru kəməri konsorsiumundan ibarətdir. Yəni bunlar arasında uzlaşmanın təmin edilməsi, ən yüksək səviyyədə dialoqun yaradılması, layihələrin cari icra vəziyyətinin müzakirə edilməsi son nəticə üçün çox mühümdür”.

Ekspert onu da qeyd edib ki, ümumiyyətlə, meqa infrastruktur layihələrində daim risklər mövcuddur:

“Söhbət Rusiyanın Cənub Axını layihəsi və ya ABŞ-ın 3462 kilometrlik Keystone XL neft kəmərindən gedir. Bu layihənin IV hissəsi 6 ildir ki, reallaşmasını gözləyir və Tramp buna icazə verdi. Bu baxımdan yüksək səviyyədə keçirilən bu formatda görüşlərdən səslənən bəyanatlar, fikirlər Avropadakı istehlakçılar üçün bir növ mühüm mesajlar rolunda çıxış edir: həmçinin bu layihədə marağı olan tranzit ölkələr Gürcüstan və Türkiyə üçün.

Azərbaycan öz təcrübəsinə əsasən belə bir addım atıb. Məsələn, Bakı-Tiflis-Ceyhan inşa edilən zaman bu formatda görüşlər yox idi. Nəticədə BTC əleyhinə həm Gürcüstanda, həm Türkiyədə, həm də Londonda nələr etmirdilər ki? Maraqlıdır ki, bunu həm o ölkələrin qeyri-hökumət, həm beynəlxalq qeyri-hökumət təşkilatları, həm də əl altından hökumətlər (məsələn, Gürcüstanda Saakaşvili hakimiyyətə gələn kimi Borjomi məsələsi hay-küylə qalxdı, düz 6 ay boru kəmərinin tikintisi yubandı və s) edirdilər. İndi isə hər şey əvvəlcədən düşünülmüş şəkildə nizamlanır”.

Qeyd edək ki, fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib.

Tarix
2017.02.23 / 15:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla