Yuxarı

"Fitç" Azərbaycanın reytinqini sabit saxladı - Yeniləndi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:27

"Fitç" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "BB+" investisiya səviyyəsində saxlayıb. Reytinq üzrə proqnoz "mənfidir".

Report xəbər verir ki, bu barədə agentliyin press-relizində bildirilir.

Neftdən əldə edilən yüksək gəlir sayəsində ölkədə dövlət borcunun aşağı olduğu vurğulanan açıqlamada, iqtisadiyyatın karbohidrogen sektorundan asılılığının yüksək, bank sektorunun isə zəif olduğu qeyd edilib.

Açıqlamada, Azərbaycanın reytinq mənzərəsinin mənfi olması ilə bağlı da makroiqtisadi və maliyyə sektordakı aktlar ilə əlaqədar olan risklərə və qeyri-müəyyənliklərə işarə edilib.

***

"Fitç" neft qiymətlərinin kəskin azalması fonunda Azərbaycanın cari vəməliyyatlar balansında kəsirin 2016-cı ilin yekunda ÜDM-in 2,9%-nə çatdığını və bunun "BB" kateqoriyalı olan ölkələrin orta göstəricisi ilə eyni səviyyədə olduğunu qeyd edir.

Agentlik bildirir ki, 2015-ci ildə manatın iki devalvasiyasının baş verməsinə baxmayaraq, qeyri-neft sektoru arta bilməyib və idxal dayanıqlılığını qoruyub saxlayıb. Azərbaycanın cari əməliyyatlar balansının neft qiymətlərinin artması fonunda yalnız 2018-ci ildə profisitlə tamamlanağı ehtimal edilir. Bununla yanaşı, Agentlik Azərbaycanın xammaldan asılılığının tezliklə azalacağını gözləmir. Buna səbəb kimi isə ortamüddətli perspektivdə Azərbaycanın qaz ixracının gözlənilən artması amili göstərilir.

Tarix
2017.02.25 / 10:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla