Yuxarı

Daşınmaz əmlak bazarını gözləyən mühüm – Yeniliklər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşınmaz əmlak bazarında son iki ildə tələbin aşağı düşməsi nəticəsində ciddi qiymət ucuzlaşması müşahidə olunur. Bu, alıcılıq gücünün itirilməsi, əhalinin gəlirlərindəki dəyişikliklər, biznesdə yaranmış situasiya, o cümlədən Rusiya iqtisadiyyatında baş verən staqnasiya üzündən orada yaşayan vətəndaşlarımızın Azərbaycanda olan əmlak bazarındakı davranışlarının təzahürü ilə bağlıdır.

Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Ekspert bildirib ki, Rusiya və Ukraynada yaşayan azərbaycanlıların Bakı şəhəri və Abşeron yarımadasında əldə etdikləri mənzilləri nağdlaşdıraraq likvid ehtiyatlara çevirməsi cəhdləri müşahidə olunur:

“Bu da təbii ki, təklifi artırır. Beləliklə, mənzil bazarında qiymətlər növbəti dövrlərdə ucuzlaşan istiqamətdə proqnozlaşdırılır. Xüsusilə də son dövrlərdə iqtisadi islahatlar prizmasından atılan addımlar da məsələyə öz təsirini göstərəcək. Əvvəlki dövrlərdə bu sahədə kifayət qədər mürəkkəb mexanizm formalaşdırılmışdı. Təxminən 40-50 dövlət qurumundan icazələrin alınmasında problemlər yaşanırdı. Belə bir şəraitdə isə maya dəyəri kifayət qədər yüksəlir, eyni zamanda, neft hesabına çox sürətli artım baş verirdi. Nəticədə daşınmaz əmlak bazarında qiymətlərdə bir balon formalaşmışdı. Bu balon bu gün imkan verir ki, növbəti dövrlərdə daşınmaz əmlak bazarında qiymət səviyyəsi tarazlıq nöqtəsinə qədər, yəni dinamika nümayiş etdirmə şərtilə ucuzlaşsın. Bu tarazlıq nöqtəsi bugünkü qiymətlərdən də aşağıdır. Çünki hazırkı qiymətlər belə bir sıra hallarda bazarda real alıcılıq gücünə adekvat deyil. Eyni zamanda, xərclərlə də uyğun deyil. Ümumiyyətlə, bir məhsulun qiyməti iki əsas prizmadan müəyyənləşir: ya məhsula çəkilən xərclər və üzərinə əlavə olunan marja ilə, yaxud da bazarda tələbat nəticəsində formalaşmış tarazlıq qiymətinin daha yüksək olması ilə”.

İqtisadçı növbəti dövrlərdə ucuzlaşmanın həm təkrar, həm də yeni bazarda müşahidə olunacağını deyib:

“Həyat standartları aman-zaman dəyişir. Daha məqbul yerləşmə yerinə baxmayaraq, sovet dövründən tikilmiş binalarda mənzillərə olan ehtiyaclar aşağı düşəcək. Çünki bu binalar 21-ci əsr həyat standartlarına cavab verməyən tikililər olaraq qiymətləndirilir. Bu fonda köhnə binalarda mənzilə tələbat aşağı düşəcək”.

Ekspertin sözlərinə görə, mənzilə tələbatın azaldığı bir dövrdə 2017-ci ildə bazarda Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən daha məqbul təklifin formalaşması mənzil qiymətlərində öz əksini tapacaq:

“Ucuzlaşma prosesi 2017-ci il və sonrakı bir neçə ildə də davam edəcək. Çünki burada bir sıra biznes xərclərinin aşağı düşməsi məsələsi də mühüm rol oyanacaq. Lisenziyaların verilməsi ilə bağlı bəzi proseslərin çox sadələşməsi isə sahibkarlara əlavə xərc etməməyə və son nəticədə mənzilləri daha aşağı qiymətə təklif etməyə imkan yaradır”.

Tarix
2017.02.27 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla