Yuxarı

Oktyabrda bahalaşan məhsullar – Statistika

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,0 faiz aşağı düşüb.

Dövlət Statistika Komitəsindən "Axar.az"a verilən məlumata görə, 2013-cü ilin oktyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,0 faiz, metal filizlərinin hasilatı üzrə 0,6 faiz ucuzlaşıb. Daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,6 faiz bahalaşma müşahidə edilib.

Oktyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,9 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4 faiz, kağız və karton istehsalı üzrə 2,0 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, maşın və avadanlıqların istehsalı, avtomobil və qoşquların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, tütün məmulatlarının istehsalı üzrə 10,0 faiz, metallurgiya sənayesi üzrə 3,1 faiz, toxuculuq sənayesi üzrə 3,0 faiz, içki istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,6 faiz, geyim istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb.

Tarix
2013.11.13 / 11:26
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla