Yuxarı

Ekspertlər bu xidmətin açılmasını alqışladı – Valyuta

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valyutadəyişmə məntəqələrinin fəaliyyəti əlbəttə ki, bərpa edilməlidir. Regionlarda, xüsusən də Bakının rayonlarında bu cür xidmətlərin olması vacibdir. Güman edirəm ki, bu iş tez bir zamanda sürətlə həyata keçiriləcək.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov valyutadəyişmə məntəqələrinin yenidən açılması haqda danışarkən deyib. O, bunun müsbət addım olduğunu bildirib:

“Xidmətin bağlanmasına səbəb olaraq isə valyutadəyişmə məntəqələrinin süni bahalaşmaya səbəb olması göstərilirdi. Sonradan isə bu arqument özünü təsdiqləmədi. Məlum oldu ki, valyutadəyişmə məntəqələrinin bağlanması nəticə etibarilə qara bazarın yaranmasına səbəb olub. Bu, həm də banklar arasındakı rəqabəti zəiflətdi. Valyutadəyişmə məntəqələrinin bağlanması eyni zamanda 6 min iş yerinin bağlanmasına səbəb olmuşdu.

Beynəlxalq idman yarışları və turizm mövsümünün başlaması ərəfəsində turistlərin valyuta dəyişməklə bağlı işini asanlaşdırmaq baxımından bu məntəqələrin açılması əhəmiyyətli addımdır. Amma bunuyalnız turist və beynəlxalq yarışlarla deyil, Azərbaycan vətəndaşlarının rəqabətli mühitdə valyutanı alıb-satmaq imkanının genişləndiriməsi ilə əlaqələndirilmək lazımdır.Unutmaq olmaz ki, bu xidmət ilk olaraq Azərbaycan vətəndaşları üçündür”.

Məsələyə münasibət bildirən ekspert Natiq Cəfərli bildirib ki, valyutadəyişmə məntəqələrinin bağlanması səhv addım idi:

“Valyutadəyişmə məntəqələri bağlanarkən ölkədə ciddi panika havası varidi. Panikaya səbəb kimi isə buxidmətin məzənnə ilə “oynaması”bildirilirdi. Çünki valyutadəyişmə məntəqələrində valyutanın satışı dayandırılmışdı, yalnız alışı həyata keçirildi. Bu da əhali arasında dolların gələcəkdə daha kəskin bahalaşmasının siqnalı kimi qəbul olunurdu. Buna görə də gərginliyi aradan qaldırmaq üçünxidmətin bağlanması əsas faktor kimi ortaya çıxdı. Ancaq ekspert olaraq bunun doğru addım olmadığını əvvəlcədən demişdik”.

Qeyd edək ki, artıq Azərbaycanda fiziki və hüquqi şəxslərə valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi ilə bağlı “Valyuta tənzimi haqqında” Qanuna müvafiq dəyişikliklər parlamentə təqdim edilib.

Dəyişikliklərin qəbul olunacağı təqdirdə bu məntəqələri təkcə Azərbaycan rezidentləri yox, həm də xarici şirkətlər bu ölkədəki filiallarında aça bilər.

Tarix
2017.04.23 / 11:32
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla