Yuxarı

ABŞ-ın büdcə defisiti azalıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın büdcə defisiti 2014-cü maliyyə ilinin birinci ayı sayılan oktyabrda 23,7% azalaraq 120 milyard dollardan 91,6 milyard dollara düşüb. Məlumatı ABŞ-ın Maliyyə Nazirliyi verib.

Oktyabr ayında büdcənin gəliri 7,9 % artaraq 198,9 milyard dollara çatıb. "MarketWatch"ın xəbərinə görə, bu ay üçün bu göstərici rekord həcmdir. Səbəb isə ümumi gəlir vergilərinin artması nəticəsində fiziki şəxslərin gəlir və korporativ vergilərinin artırılması, eləcə də ölkə iqtisadiyyatının vəziyyətinin yüksəlməsidir.

2013 maliyyə ilinin yekununa görə defisit 38% - 680 milyard dollara qədər və ya 4,1 % ÜDM azalıb. Barak Obamanın hakimiyyəti müddətində mənfi saldo ilk dəfə 1 milyard dollardan aşağı düşüb.

Sonuncu dəfə büdcə profisiti (artım) ABŞ-da 2001-ci ildə qeydə alınıb. 2009-cu ildə isə ölkənin tarixində maksimal defisit 1,41 trilyon dollar qeydə alınıb.

Tarix
2013.11.14 / 14:47
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla