Yuxarı

Kvirikaşvili: Bu, region üçün mühüm əhəmiyyət kəsb edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin BP-nin regional prezidenti Haqqi Cons ilə görüşündə “Bakı-Supsa” layihəsinin modernləşdirilməsi məsələsi diqqət mərkəzində olub.

Axar.az xəbər verir ki, baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, Giorgi Kvirikaşvili BP-nin fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, Britaniyanın bu nüfuzlu neft-qaz şirkəti ilə əməkdaşlıq böyük layihələri həyata keçirmək üçün geniş imkanlar açır.

Baş nazir Gürcüstanda davam edən layihələrdən danışıb, BP ilə əməkdaşlığın perspektivlərini qeyd edib.

Tərəflər “Bakı-Supsa” boru kəmərinin modernləşdirilməsi və “Şahdəniz” layihəsinin ikinci mərhələsinin müəyyən bölmələri ilə bağlı müzakirələr aparıblar.

Görüşdə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi də diqqət mərkəzində olub. Baş nazir bu layihənin ölkəsi və eləcə də bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, layihənin genişləndirilməsi il ərzində boru kəmərinin qaz tutumunu artırır və Xəzər dənizindəki “Şahdəniz-2” qaz yatağından Avropa ölkələrinə əlavə 16 milyard kubmetr qaz artırmağı nəzərdə tutur.

Görüşdə BP ilə 20 illik uğurlu əməkdaşlıq qeyd olunub və şirkətin ən böyük xarici investor olduğu bildirilib.

Tarix
2017.05.02 / 22:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla