Yuxarı

Bu, Bakıya milyardlar gətirəcək – Professor

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir milyarddan artıq insanın izlədiyi IV İslam Həmrəyliyi Oyunları Azərbaycana yeni iqtisadi dividentlər gətirəcək.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışı ilə bağlı danışan keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Ekspert bildirib ki, iqtisadi uğurlarımızın imkan verdiyi bir səviyyədə keçirilən mötəbər beynəlxalq yarışlar və tədbirlər təkcə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasına xidmət etmir:

“Bu tədbirlər, eyni zamanda, Azərbaycanın bütün dünyaya təbliğ edilməsində yaxşı bir vasitəyə çevrilməklə, ölkəmizə milyardlarla investisiya, milyonlarla turist axınına yol açır. Belə beynəlxalq tədbirlərin keçirilməsi, hər hansı bir kampaniyanın və ya onun istehsal etdiyi məhsulun reklam olunması demək deyil, bütövlükdə bir ölkənin dünyaya geniş təqdimatıdır ki, bunun da nəticəsində ölkələr özlərinin gələcək iqtisadi perspektivlərini müəyyənləşdirir, xarici investorların və böyük turist kütləsinin diqqətini cəlb edə bilirlər.

Avroviziya Mahnı Müsabiqəsinə, Birinci Avropa Oyunlarına, Formula-1 yarışlarına ev sahibliyi etməklə Azərbaycan bütün dünyada milyardlarla insana təqdim olundu. İnsanlar Azərbaycanı yaxından tanıyıb ora gəlməyə həvəsləndilər, iş adamları ölkəmizdəki geniş fəaliyyət meydanını görüb, Azərbaycana yatırımlar seçimi etdilər, turist axını kifayət qədər gücləndi”.

Professor məhz beynəlxalq tədbirlərə ev sahibliyindən sonra Bakıdan başqa, bölgələrdə də turist sayının əhəmiyyətli dərəcədə artdığını qeyd edib:

“Ötən il iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatına 7 milyard dollardan artıq xarici investisiya yatırılıb. Bütün bunlar ölkə iqtisadiyyatının inkişafının sürətlənməsinə təkan verən amillərdir. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Bir milyarddan artıq insanın izlədiyi bu yarışlar Azərbaycana yeni iqtisadi dividentlər gətirəcək. Biz bunu ilk növbədə islam birliyinə daxil olan ölkələrdən Azərbaycana investisiya axınının və turistlərin sayının bir neçə dəfə artması ilə müşahidə edəcəyik. Bu gün Azərbaycan böyük regionda ictimai-siyasi sabitliyin hökmranlıq etdiyi bir atmosferdə yaşayan nadir dövlətlərdəndir. Hər bir investor və hər bir turist üçün isə bundan önəmli olan məsələ yoxdur”.

Tarix
2017.05.25 / 09:24
Müəllif
Aygün Yusibova
Oxunub
6 434
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla