Yuxarı

OPEK-dən mühüm qərar: Anlaşma uzadıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK və kartelə üzv olmayan neft ölkələri bu gün Vyanada işini tamamlayan növbəti sammitdə neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə qəbul edilmiş anlaşmanı daha 9 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

Report xəbər verir ki, iclas hələ bitməsə də, adını çəkilməsini istəməyən iclas iştirakçılarından biri bu barədə açıqlama verib. Qeyd edək ki, ilin əvvəlindən qüvvədə olan hazırkı anlaşmanın müddəti iyunun 30-da bitir.

Bu açıqlama neft bazarında mənfi qarşılanıb. Hazırda "Brent" markalı neftin qiyməti dünənə nisbətən 1,3% azalaraq 53,25 dollar/barrelə düşüb. Qeyd edək ki, neft bazarı iştirakçıları hasilatın azaldılması kvotasının artırılmasını gözləsə də, iclasda bu məsələ müzakirə olunmayıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Yanvar ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə isə 781,1 min barrel olub.

Tarix
2017.05.25 / 14:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla