Yuxarı

"Azərbaycan bu ölkələr sırasında beşinci yerdədir"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın həssas geosiyasi məkanda yürütdüyü uğurlu strategiya sayəsində bir sıra transregional layihələri müvəffəqiyyətlə həyata keçirilir, TANAP və TAP kimi nəhəng layihələr reallaşdırılır.

Report-un məlumatına görə, bunu Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov TV Berlin telekanalına müsahibəsində deyib.

Səfir ilkin dəyəri təqribən 45 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi barədə məlumat verib və bu layihənin hər dörd komponenti üzrə işlərin uğurla davam etdiyini, TAP və TANAP layihələri üzrə işlərin 70%-nin başa çatdığını bildirib.

Azərbaycan və Almaniya arasında əlaqələ toxunan diplomat bildirib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycanın Almaniya ilə münasibətləri yüksələn xətlə inkişaf edib, hazırda bütün sahələrdə sıx əlaqələr mövcuddur.

R.Həsənov Azərbaycanın Avropa İttifaqı, eləcə də Almaniyanın etibarlı tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyində və enerji təchizatının diversifikasiyasında oynadığı rolu vurğulayıb. O, Azərbaycanın Almaniyanı neftlə təchiz edən ölkələr sırasında beşinci yerdə olduğunu vurğulayıb.

Azərbaycanın turizm imkanları barədə suala cavab verən R.Həsənov Azərbaycanın həm də turizm ölkəsi olduğunu və hər il Berlində keçirilən İTB Berlin Beynəlxalq Turizm Sərgisində uğurla iştirak etdiyini qeyd edib.

Müsahibədə Azərbaycanın qonşuları ilə münasibətlərə toxunan səfir Azərbaycanın Ermənistan istisna olmaqla bütün qonşuları ilə, o cümlədən Xəzər dənizi üzərindən həmsərhəd olduğu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu qeyd edib. Səfir yalnız ölkəmizə hərbi təcavüz etmiş və Azərbaycan torpaqlarını beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlayan Ermənistanla vəziyyətin xoşagəlməz olduğunu bildirib.

R.Həsənov Ermənistanın bu münaqişə nəticəsində 25 il əvvəl Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyini, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparıldığını, amma münaqişənin dondurulmuş olmadığını və hər an yenidən alovlana biləcəyini diqqətə çatdırıb. O, cəbhə xəttində baş verən insidentlər, aprel hadisələri, Ermənistanın yaxınlarda atəşkəsi pozması nəticəsində iki yaşlı uşaq və nənəsinin öldürülməsi barədə məlumat verib.

Səfir münaqişənin uzanmasından ən çox mülki əhalinin əziyyət çəkdiyini, bugünkü status-kvonun təhlükəli və qəbuledilməz olduğunu, Minsk qrupunun həmsədrləri və Almaniyanın bu barədə bəyanatlar verdiyini qeyd edib. O, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində münaqişənin həllində indiyədək heç bir irəliləyişin olmadığını vurğulayıb.

Tarix
2017.07.25 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla