Yuxarı

SOCAR Arktikada neft çıxaracaq - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətilə Rusiyanın "Rosneft" korporasiyasının birgə yaradacağı yeni müəssisənin əsas fəaliyyət istiqamətləri açıqlanıb.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, ilk növbədə diqqət Rusiyadakı fəaliyyətə yönələcək.

Onun sözlərinə görə, SOCAR Arktikada, çətin yataqlardan neft çıxarılmasına, "Rosneft" isə Xəzərin Azərbaycan sektorunda artıq bir yatağa maraq göstərir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Rusiyanın "Rosneft" şirkəti Azərbaycanda Abşeron yatağı ilə yanaşı, digər yataqlarda da belə kəşfiyyat işlərində iştirak etmək istəyir.

"Bundan başqa sözügedən şirkət Rusiya neftinin Bakı-Novorossiysk kəmərilə Bakıya gətirərək neft emalı zavodunda emal etmək niyyətindədir. Həmçinin adıçəkilən şirkət Bakıda emal olunan neftin müəyyən bir hissəsini Bakı-Tiflis-Ceyhan kəmərilə nəqlin olmasını istəyir. Artıq bu istiqamətdə işlər gedir və müəyyən irəliləyişlərdə nail olunub", - deyə Dövlət Neft Şirkətinin prezidenti bildirib.

Qeyd edək ki, hazırda Abşeron yatağında Fransanın "Total" şirkəti 40%, "Qaz de Frans" 20%, Dövlət Neft Şirkəti də 40% paya malikdir. Bu yatağın işlənməsinin operatoru "Total"dır. "Total" "Şahdəniz"dəki 10% payını da məhz bütün diqqətini Abşeron yatağına yönəltmək məqsədilə satmışdı./ANS/

Tarix
2014.06.02 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla