Yuxarı

İranın şirkəti Muğanda kəşfiyyata başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın PPZ neft şirkəti hazırda Muğan bölgəsində (Parsabad, Biləsuvar və Germi) kəşfiyyat işləri aparır.

Bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

M.Xudabəxş bildirib ki, Muğan bölgəsində neft hasilatı məqsədi ilə kəşfiyyat işləri ilk dəfə 1950-ci ildə Fransa şirkəti tərəfindən həyata keçirlib, daha sonra 2007-ci ildə Xorvatiya şirkəti araşdırmaları davam etdirib və bura sərmayə yatırmağa hazır olub.

O, qeyd edib ki, indiyədək Muğan bölgəsində Parsabad, Biləsuvar və Germi şəhərlərinin ətrafında 8 kəşfiyyat quyusu qazılıb və oradan neft tapılıb: "Bildiyiniz kimi, İranın cənubunda neft quyularından sutkada 10 min barelə qədər neft hasil olunur, Muğan bölgəsindəki quyularda isə bu rəqəm sutkada 200 bareldir. Sutkada bu qədər az neftin çıxarılmasının iqtisadi səmərəliliyi olmadığı üçün hələlik bu bölgədə neft hasilatı yoxdur".

Əyalət başçısı əlavə edib ki, PPZ şirkəti kəşfiyyat işlərini davam etdirir: "Əgər daha çox neft tapılarsa, o zaman bura daha çox investisiya yatırılacaq". /Trend/

Tarix
2014.06.03 / 19:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla