Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2018


Dünyanın ən baha və ən ucuz qazı hansı ölkədədir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Blumberq" saytı dünyada qazın qiyməti ilə bağlı maraqlı araşdırma aparıb.

Axar.az xəbər verir ki, dünya ölkələrində qazın qiyməti ilə statistik məlumatların yer aldığı araşdırma zamanı zonalar 5 qrupa ayrılır. Şimali Amerika, Cənubi Amerika, Avropa, Orta Şərq və Afrika və Asiya-Sakit Okean hissələrinə ayrılan dünya xəritəsində qazı ən baha satan ölkə Norveç hesab edilir. Bu qiymətləndirmə "1 ABŞ qallonu"na (1 US gallon – 3,78541178 litr) əsasən aparılır.

Dünyanın ən ucuz yaxşı təmizlənməmiş qazını isə Venesuela satır. Bir qallon qaz 0, 04 dollardır. 31 mart–29 aprel arasında aparılan araşdırmada 61 dövlətdə qeydə alınan rəqəmlər yer alıb.

Norveçdə bir qallon qaz 9,79 dollar hesab edilir. Məhz bu yüksək qiymət ölkə vətəndaşlarını elektrik enerjisi ilə işləyən avtomobillərdən istifadə etməyə məcbur edir. Dünya ölkələri arasında elektriklə işləyən avtomobillərin ən çox istifadə edildiyi ölkə elə Norveçdir. Əhalinin 6 faizi elektriklə işləyən avtomobillərdən istifadə edir. Norveç vətəndaşlarının günlük gəliri ortalama 273 dollardır ki, onun da təxminən 3,5 faizini yanacağa verirlər.

Dünyanın ən bahalı yanacaq satan ikinci ölkəsi olan Niderlandda 1 qallon qaz 9,46 dollardır. Gündəlik ortalama gəliri 136 dollar olan vətəndaşlar bunun 6,9-nu yanacağa xərcləyirlər. Ötən ilə nisbətən yanacağın qiymətində 1,4 faiz ucuzlaşsa da, əhalinin avtomobildən istifadəsi də azalır. Belə ki, Avropada ən çox velosiped sürənlər Hollandiyadır.

Dünyanın ən ucuz qaz satan ölkələrin üçlüyündə Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela durur. Hazırda 1 qallon qazın qiyməti Küveytdə 0,81 dollar, Səudiyyə Ərəbistanında 0,45 dollar, Venesuelada isə 0,04 dollardır.

Xatırladaq ki, bu araşdırma zamanı "Qazprom", "Çevron" (Chevron), "Ekson Mobayl" (Exxon Mobile) kimi iri şirkətlərin təqdim etdiyi rəqəmlər nəzərə alınıb.

Tarix
2014.06.06 / 18:30
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Mühüm proqnoz: Bu il manat, neft...

İran da öz kriptovalyutasını yaradır

Dolların bugünkü məzənnəsi

Azərbaycan bunun üçün əlverişli məkandır - İranlı nazir

BTQ xüsusi əhəmiyyətə malikdir - Ankara forumu

Misir lideri Şahin Mustafayevi qəbul etdi

“Kapital Bank” yeni filialını istifadəyə verdi

“Unibank” yeni biznes texnologiyasını istifadəyə verdi

Problemli kreditlərlə bağlı mühüm – Təklif

Dollar bu gün neçəyədir? - Məzənnə

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla