Yuxarı

Dünyanın taleyini həll edən layihə gerçəkləşəcəkmi?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstənilən halda "Cənub axını" qaz kəməri layihəsi gerçəkləşəcək. Çünki Avropaya uzunmüddətli qaz lazımdır".

Bunu Axar.az a açıqlamasında iqtisadçı-ekspert İlham Şaban bildirib. Onun fikrincə, Bolqarıstan və Serbiyanın fəaliyyəti hələlik hüquqi müstəviyə keçməyib və yalnız bəyanatlar verməklə kifayətləniblər:

"Serbiyada "Cənub axını" qaz kəmərinin tikintisini nə dayandırmaq, nə də tezləşdirmək mümkündür. Bolqarıstana gəlincə, Avropa Komissiyası iyunun 13–də bu ölkəyə səfər edəcək, qane edilməyən məsələlər öz həlini tapacaq. Bolqarıstan tamamilə Rusiya qazından asılı vəziyyətdədir. Həmişə Ukrayna və Rusiya arasında qaz məsələlərindən əziyyət çəkən Avropa olur. Ona görə də Bolqarıstan artıq əziyyət çəkən ölkə olmaq istəmir. Onlar da stabil qaz alan ölkələr sırasına daxil olmaq barədə düşünürlər".

Ekspertin fikrincə, burada məsələnin görünməyən yanları da mövcuddur və istənilən halda qaz kəmərinin layihəsi gerçəkləşəcək:

"Burada başqa məsələlər də var. Heç şübhəsiz, ən yaxşı nəql etmə boru kəməri vasitəsilə mümkündür. Ukrayna ərazisində mövcud olan boru kəmərinin yaşı 40-dan çoxdur və onun yenilənmə məsələsi heç gündəmə gəlmədi. Yeni boru kəmərinin yaranmasına ehtiyac var. Bu infrastrukturun yaranmasını da Avropa özünə sərf edəcək şəkildə Rusiyaya qəbul etdirəcək. Rusiyanın özünün korafəhm siyasəti nəticəsində başqa seçimi olmayacaq. Avropanın bu addımı iqtisadi məsələlər ilə bağlı deyil. Rusiya Brüssel ilə məsələlərini həll etməlidir ki, öz enerji layihələrini gerçəkləşdirə bilsin. İstənilən halda "Cənub axını" qaz kəməri layihəsi gerçəkləşəcək. Çünki Avropaya uzunmüddətli qaz lazımdır".

Rusiya Yanacaq və Energetika Nazirliyi Avropa Komissiyasının qərarının siyasi xarakterli olduğunu və məqsədlərinin Ukraynadan yan keçməklə yeni kəmərin tikintisinə imkan verməmək olduğunu açıqlayıb. Rusiyanın buna adekvat olaraq Ukraynaya satdığı qazın qiymətini artırmaq məsələsi gündəmə gəlir. Ekspertin fikrincə, Rusiya belə bir addım atacağı təqdirdə zərər görənin yenə özü olacağını deyir:

"Ukraynanın iqtisadiyyatı sovet dönəmindən ölkənin şərqində yerləşir. SSRİ vaxtı o bölgəyə Rusiyadan enerji resursları gəlirdi və məhsullar orada istehsal olunurdu. İstehsal olunan həmin məhsul isə Rusiya bazarına ixrac edilirdi. Ukraynanın şərqində rusların yaşadığı məlumdur. İndi Rusiya qiyməti qaldırsa, yeni Ukrayna hökuməti Rusiyadan idxal edilən qazın həcmini azaldacaq. Aldığı qazı isə öz əhalisi üçün verəcək. Ölkənin şərqində yerləşən zavodlara nəql etməni azaldacaq, çünki artıq Rusiya oradan məhsul almır. Əgər Rusiya məhsul almayacaqsa, həmin zavodlar fəaliyyətini dayandıracaq. Nəticədə orda çalışan insanlar əmək haqqı almayacaqlar. Və belə olan halda həmin insanlar Rusiyaya üz tutacaqlar. Rusiya qaçqın və köçkünləri qəbul edəcək. Rusiya Almaniyaya qazı 380 dollara satır, Ukraynaya isə 485 dollara və böyük ehtimalla bunun əvəzini özü ödəməli olacaq".

Qeyd edək ki, "Cənub axını" qaz kəməri layihəsinin gerçəkləşib-gerçəkləşməməsi məsələsi ətrafında müzakirələr qızışmaqdadır. Rusiya qazını Ukraynadan yan keçməklə Avropaya nəql etməli olan "Cənub axını" qaz kəmərinin Avropa Birliyinin son sammitindən sonra reallaşmaq şansı azalıb. Avropa Komissiyası iyunun 2-də layihənin Avropa Birliyi ölkələri, ilk növbədə də Bolqarıstan ərazisində reallaşmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb. Nəticədə Bolqarıstan Avropa Komissiyasının iradlarından sonra "Cənub axını" qaz kəmərinin tikintisi üzrə işləri dayandırıb. Serbiya hökuməti isə iyunun 13-də Avropa komissiyası ilə Bolqarıstan arasında baş tutacaq müzakirələrin nəticəsindən asılı olaraq qərarın verəcək. Rəsmi Moskva baş verənlərin Ukrayna hadisələri ilə bağlı olduğunu açıqlayıb və bunu enerji şantajı adlandırıb.

Tarix
2014.06.10 / 19:38
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla