Yuxarı

Neft bahalaşması davam edə bilərmi? - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brent” markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov neftin bahalaşma səbəbləri barədə qeyd edib. Onun sözlərinə görə, neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barrel azalaraq 97.7 milyon barrelə düşməsi və Harvi qasırğası nəticəsində ABŞ-da istehsalın azalması ilə bağlıdır:

“Dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi də neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir. Qlobal hasilatın azalması daha çox Liviyadakı sosial narazılıq ilə bağlı olsa da, OPEK-in də hasilatın azaltması siyasətini davam etdirməsi müşahidə edilməkdir. Belə ki, OPEK avqust ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 30.113 milyon barreldən 30.004 milyon bareldək azaldıb və təşkilat hasilatın azaldılması ilə bağlı gələn ilin martında müddəti bitəcək anlaşmanın zamanını uzatmaq üçün artıq indidən danışıqlara başlayıb”.

V.Bayramov qeyd edib ki, bununla belə, hələlik neftin dünya bazarında kəskin qiymət artımı proqnozlaşdırılmır:

“Hazırda ABŞ-da qasırğanın ziyan vurduğu quyularda neft hasilatı yenidən bərpa edilir. Həftə ərzində Birləşmiş Ştatların əvvəlki hasilatı bərpa edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, son həftələr yüksələn neftin dünya bazar qiymətinin yenidən aşağı düşəcəyi daha çox ehtimal olunandır. Neftin bir barrelinin qiymətinin 50 dollar intervalında dəyişməsinin OPEK üçün də məqbul olduğunu nəzərə alsaq, şirkətlər indi kəskin qiymət artımları deyil, mövcud qiymət səviyyəsini qorumaqda daha maraqlıdırlar”.

Tarix
2017.09.18 / 12:34
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla