Yuxarı

“Unibank” ipoteka faizini endirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Unibank” ipoteka kreditlərinin faizini aşağı saldı.

Bankdan Axar.az-a verilən məlumata görə, indi “Unibank”a müraciət edənlər dövlət ipoteka kreditlərini illik cəmi 7%-lə əldə edə biləcəklər. İllik faiz dərəcəsinin 8%-dən 7%-ə endirilməsi aylıq ödənişləri aşağı salmaqla, ümumi kreditin məbləğini də daha sərfəli edəcək. Bir müddət əvvəl isə Unibank ipoteka kreditlərində ilkin ödənişi xeyli aşağı salıb. İndi bank filiallarına müraciət edənlər, evin ilkin ödənişinin 20%-ni etməklə illik 7%-lə 100 min manatadək ipoteka krediti götürə bilərlər.

Qeyd edək ki, "Unibank" 2006-cı ildən Azərbaycan İpoteka Fondunun fəal müvəkkil bankları sırasındadır. Bank bir müddət əvvəl MİDA MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında Unibank iştirak edir.

İpoteka kreditləri “Unibank”ın Bakıda “17 saylı” (“Sahil”) filialında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

“Unibank”ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından “Unibank Mobile” əlavəsinə daxil olaraq, “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Tarix
2017.09.19 / 16:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla