Yuxarı

Bu, iqtisadiyyatımızın inkişafı üçün vacibdir - Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Prezident İlham Əliyevin təsdiq etdiyi Strateji Yol Xəritəsi milli iqtisadiyyatımızın bütün istiqamətlərdə inkişafı üçün çox vacib bir sənəddir. Bu sənəd qısa, orta və uzun müddəti əhatə etməklə, 3 dövrü özündə əks etdirir: 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr. Belə bir vacib sənədin monitorinq və qiymətləndirmələrinin hər yarım ildən bir keçirilməsi və ilin sonunda nəticələrinin təqdim edilməsi sənədin praktik sənəd olmasını göstərir.

Bu sözləri Axar.az-a millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, yarımillik monitorinq və qiymətləndirmə hesabatlarında qeyd olunan rəqəmlər onu göstərir ki, nəzərdə tutulan tədbirlər artıq icra edilməyə başlanılıb, ilkin müsbət tendensiyalar və nəticələr əldə edilib:

“İqtisadiyyatın çox vacib elementlərindən olan kiçik və orta sahibkarlıq üçün nəzərdə tutulan istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 6 faizi artıq icra olunub, 42 faizinin isə icrasına başlanılıb. Müsbət haldır ki, kiçik və orta sahibkarlıq subyektlərinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması kimi vacib hədəf artıq 75% səviyyəsində yerinə yetirilib. Milli Məclis tərəfindən qəbul edilən bir sıra qanunlar və müzakirələr prosesində olan qanun layihələri bütövlükdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və xarici investorların cəlbi baxımından böyük əhəmiyyət kəsb edəcək. Kredit Zəmanət Fondunun yaradılması sahibkarlığın inkişafı üçün mühüm addımdır. Maliyyə vəsaitinə əl çatanlığın təmin edilməsi, güzəştlərin verilməsi, kredit faizlərinin subsidiyalarla bağlanması çox vacib məsələlərdəndir. Qeyd etmək lazımdır ki, KOS üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi və qanunvericiliyin təsir analzinin tətbiq edilməsi, kiçik və orta sahibkarlarının fəaliyyətini stimullaşdıran innovasiya strukturunun formalaşdırılması, lizinq və alternativ maliyyə bazarının inkişaf etdirilməsi ilə KOS subyektlərinin maliyyəyə çıxışını asanlaşdırılması kimi hədəflərın yerinə yetirilməsi istiqamətində ilk addımlar hələki atılmayıb. Hesabatda kiçik və orta sahibkarlıq sahəsində əsas problemlərdən olan "Tik - idarə et - təhvil ver" modelinin bundan sonra sürətlə inkişaf etdirilməsi ilə bağlı tövsiyələr, özəl sənaye klasterləri, model müəssisə, biznes-inkubatorun yaradılması, startap layihələrinin dəstəklənməsi istiqamətində aparılan işlərin sürətləndirilməsi də müəyyənləşdirilib”.

Millət vəkili strateji yol xəritəsində sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən Rəqabət Məcəlləsinin qəbulu və bərabər rəqabət mühitinin yaradılmasının tez bir zamanda, yəni 2017-2018-ci illərdə qəbul edilməsini tövsiyə edib. O, bir sıra sahənin inkişafına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulan tədbirlərdən də danışıb:

“Hal-hazırda böyük qism əhalinin maraq dairəsində olan, uyğun qiymətə mənzil təminatının inkişafına dair tədbirlərin 23 faizi artiq icra olunub. Bildiyimiz kimi, Yasamal rayonu ərazisində binaların tikintisinə başlanılıb. Kompleksdə orta məktəb və bağça binaları da inşa olunur. Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş bütün prioritetlər üzrə irəliləyişə nail olunub. Həmçinin, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair nəzərdə tutulan işlər də müsbət dinamika ilə davam edir. Göründüyü kimi, bu ilin birinci yarısında Azərbaycana gələn turistlərin sayı 24 faiz artıb. Bu dövrdə xarici vətəndaşların Azərbaycanda həyata keçirdiyi bank əməliyyatları 93 faiz artıb. Koordinasiyanın həyata keçirilməsi üçün Turizm Şurasının yaradılması, Milli Turizm Təbliğat Bürosunun təşkili, elektron vizanın verilməsi üçün müddətin 3 gündən 3 saata qədər endirilməsi, Bakı Ticarət Festivalının təşkili bütövlükdə strateji yol xəritələri çərçivəsində aparılan tədbirlər olaraq ölkədə turizmin inkişafına öz töhfəsini verib. Bununla yanaşı, Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində icrasına başlanılmış tədbirlər 59 faiz təşkil edir. Orta peşə sahəsində ixtisasların sayı 123-dən 154-dək artırılıb. Nəzərə almaq lazımdır ki, son vaxtlar bu sahəyə əhalinin, xüsusilə gənclərin diqqəti çox artmışdır”.

Ağır sənaye və maşınqayırmanın inkişafına dair icra olunmuş tədbirlər cəmi 13 faiz, telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair tədbirlərin isə 44 faiz təşkil etdiyini bildirən Vahid Əhmədov TASİM layihəsi ilə bağlı texniki iqtisadi əsaslandırmanın həyata keçirilməsinin təmin edildiyini bildirib.

Tarix
2017.09.20 / 15:47
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla