Ana səhifə İqtisadiyyat |
ABŞ gələn 6 ay ərzində İranın başqa ölkələrə neft satışına qadağa qoymayacağı öhdəliyi götürdü.
Axar.az xəbər verir ki, bunun müqabilində rəsmi Tehran bir neçə nüvə proqramının icrasını dayandırıb.
Ağ Evin mətbuat katibi Cey Karninin yaydığı məlumatda bildirilir ki, hazırda neft təchizatı ilə bağlı defisit olmasa da, ölkəsi İranın 6 ay ərzində qara qızıl satmasına yaşıl işıq yandırıb. Kerni əlavə edib ki, beynəlxalq müstəvidə nüvə məsələsinin istifadəsini tənzimləyən qurumlardan İranın öhdəlikləri yerinə yetirməsi barədə müsbət siqnallar almaqdadırlar.
Beynəlxalq ekspertlər isə rəsmi Vaşinqtonun bu addımının Rusiyaya qarşı yönəldiyi qənaətindədirlər. ABŞ İran neftinin dünya bazarına çıxmasına yaşıl işıq yandırmaqla Rusiyanın imkanlarını məhdudlaşdırır.
Tarix
2014.06.15 / 00:37
|
Müəllif
Elnur Elmanoğlu
|