Yuxarı

İqtisadiyyat naziri ukraynalı həmkarı ilə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu və dövlət başçılarının əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla davam edir, ticarət əlaqələri genişlənir. Sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi zamanı qida sənayesi, gəmiqayırma, əczaçılıq, kimya, maşınqayırma, tikinti materialların istehsalı sahələrində əməkdaşlıq, Ukrayna şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında iştirakı imkanları diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda əczaçılıq sənayesinin yaradılması sahəsində görülən işləri, o cümlədən ixtisaslaşmış Pirallahı Sənaye Parkını, kimya sahəsində ölkəmizin zəngin təcrübəsini, Ukrayna ilə bu sahələrdə əməkdaşlıq imkanlarını vurğulayıb. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir Şahin Mustafayev bildirib ki, Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları – fındıq, tütün, meyvə-tərəvəz, pambıq lifi, çay Ukraynaya ixrac oluna, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər.

Qeyd edilib ki, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında və satışının genişlənməsində əhəmiyyətli olacaq Ukraynada Azərbaycanın Ticarət Evinin açılması istiqamətində işlər davam etdirilir. Vurğulanıb ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir, tranzit daşımaların səmərəliliyini artırmaq üçün Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyət göstərir. Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə edə, limanlar arasında qarşılıqlı əməkdaşlıq həyata keçirilə bilər.

Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, son zamanlar ticarət əlaqələrinin genişləndiyini qeyd edib, energetika, maşınqayırma, kimya, əczaçılıq və s. sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Stepan Kubiv ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının və işçi qruplarının fəaliyyətini qeyd edib, birgə sərgilərin və yarmarkaların təşkilinin əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Ukrayna nümayəndə heyətinin tərkibində təmsil olunan energetika, metallurgiya, kimya sənayesi, əczaçılıq, poliqrafiya və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri fəaliyyət sahələri barədə məlumat verib, əməkdaşlığa dair təkliflər səsləndiriblər.

Tarix
2017.10.19 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla