Yuxarı

Bank zamin qadını həbs etdirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atabank” kredit götürən şəxsə zamin duran qadını həbs etdirib.

Axar.az xəbər verir ki, bu barədə bank eksperti, vəkil Əkrəm Həsənov məlumat paylaşıb.

Onun sözlərinə görə, Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayev “Atabank”a 8701 manat borcu olan şəxsin zamini Bunyatova Lalə Nəriman qızını 10 gün müddətinə inzibati qaydada həbs edib. Məhkəmə borclunun özünü tapa bilmədiyi üçün ona zamin duran qadını həbs edib.

Vəkil bildirib ki, həbs edilən zamin xanım əslində Azərbaycan Dəmir Yolları QSC-də işləyir. Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib. Həmçinin xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib.

Vəkil Ə.Həsənov son olaraq bu vəziyyətə düşməmək üçün vətəndaşlara müraciət edərək bildirib ki, belə halla qarşılaşan kimi dərhal “Antikollektor”a müraciət etsinlər.

Tarix
2017.10.20 / 11:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla