Yuxarı

Ekspertdən Azərbaycan iqtisadiyyatı üçün nikbin - Proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiymətinin stabil olduğu bir dövrdə xaricə borclanmanı azaltmaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib. O bildirib ki, hazırda mövcud olan xarici borcların məbləği heç də qorxulu həddə deyil:

“Xarici borc ümumdaxili məhsulun təxminən 20% təşkil edir. Bu baxımdan ümumdaxili məhsuldakı pay yüksək olmadığına görə bu, hələlik Azərbaycan iqtisadiyyatı üçün ciddi problem hesab edilə bilməz. Hökumət çalışmalıdır ki, xarici borcların məbləğini azaltsın və eyni zamanda gələcəkdə xaricə borclanmanın qarşsısını alsın. Xarici borcların miqdarının az olması birmənalı şəkildə Azərbaycan üçün əhəmiyyətlidir. Bu, Azərbaycan tərəfindən ödənişlərin illik olaraq həyata keçirilməsini tələb edir. Çünki xarici borcun ödənişi ilə bağlı sistemə görə xarici borclar dövlətlər və ya maliyyə qurumları ilə razılaşdırılır. Düşünürəm ki, indiki məqamda əsas məqsəd xarici borcun tənzimlənməsi və optimallaşdırılması olmalıdır”.

Ekspertin sözlərinə görə, iqtisadiyyatımıza təsirindən asılı olmayaraq Azərbaycan bu borcları ödəməlidir:

“Daxili borclar dövlətin daxili qurumlardan aldığı borcdur. Bunlar əsasən daxili şirkətlər və ya investorlardır. Praktiki olaraq xarici borcların investorlara və eləcə də maliyyə qurumlarına ödənilən vəsaitləri öhdəlikdir. Dövlət istiqraz buraxıb büdcə kəsrini örtmək üçün daxildən borclanır. Ona görə də daxili borcların xarici borclar qədər təsiri yoxdur. Daxili borc milli, xarici borclar isə xarici valyutada olur. Buna görə daxili borcu ödəmək daha asan olur.

Düşünürəm ki, “Cənubi Qaz Dəhlizi”nin inşası başa çatdıqdan sonra dövlətin ciddi borclanmaya ehtiyacı olmayacaq. Daxili borcların 80 milyon manatının faiz borcları olması o demək deyil ki, bu, böyük rəqəmdir. Bu vəsaitin əksəriyyəti səhmin buraxılması və səhmə görə ödənilən fazilərdir”.

Qeyd edək ki, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə görə, gələn il Azərbaycanın dövlət borcları üzrə ödənişi 2 milyard 262 milyon 277 min 523 manat təşkil edəcək. Bu ödənişin 103 milyon 180 min 383 manatı daxili borclara (o cümlədən, 80 milyon 173 min 398 manatı faizlərə, 23 milyon 6 min 985 manatı əsas borclara) görə həyata keçiriləcək. Xarici borclara görə ödəniş isə 2 milyard 159 milyon 597 min 140 manat (o cümlədən, 533 milyon 591 min 421 manat faizlər, 1 milyard 626 milyon 5 min 719 manat əsas borclar) həcmində nəzərdə tutulub.

Tarix
2017.10.21 / 09:31
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla