Yuxarı

BP-nin bu şirkəti ölkəmizə 350 milyon ziyan vurub? - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AMEC Foster Wheeler” şirkəti Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərib və bu şirkətin Azərbaycan bazarından tam çıxması həqiqətə uyğun deyil.

Bu sözləri Axar.az-a SOCAR-ın sözçüsü İbrahim Əhmədov Böyük Britaniya şirkəti olan “AMEC Foster Wheelers”in Azərbaycanda fəaliyyətini dayandırması və bu şirkətin ölkəmizə vurduğu 350 milyon dollar ziyan barədə yayılan məlumatı şərh edərkən bildirib.

İ.Əhmədovun sözlərinə görə, bu məsələ birbaşa SOCAR-ın səlahiyyətində olmasa da, Neft Şirkəti daim bütün tərədaş şirkətlərinə əməliyyat xərclərinə qənaət etmək məqsədi ilə tövsiyyələr verir:

“Sırf BP şirkəti ilə “Amec Foster Wheeler” şirkəti arasında olan əməkdaşlıq planları barədə ən düzgün məlumatı BP şirkəti təqdim edə bilər. Bu məsələ birbaşa SOCAR-ın səlahiyyətində deyil. Lakin əməliyyat xərclərinə qənaət tövsiyyələrimiz olur. Bir çox hallarda, həmin şirkətlərə verdiyimiz məşvərət və dəstək nəticəsində, habelə onların konstruktiv mövqeyi sayəsində buna nail olunub. Azərbaycan tərəfi olaraq, SOCAR gələcəkdə də bütün tərəfdaşlarına ən səmərəli podratçı təkliflərinə üstünlük verməsinə təkid edəcək”.

Qeyd edək ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı Azərbaycanda reallaşan neft layihələrində BP tərəfdaşı kimi iştirak edən Böyük Britaniya şirkəti “AMEC Foster Wheelers” fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, bu şirkət ölkəmizə 350 milyon dollar ziyan vurub və bu barədə açıqlama verməyib.

Tarix
2017.10.23 / 13:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla