Yuxarı

Bu, Bakının İrəvana mühüm siyasi zərbəsidir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmiryolu layihəsi, onun siyasi, iqtisadi və strateji hədəfləri ilə bağlı politoloq Rufiz Qonaqovun Axar.az-a müsahibəsini təqdim edirik.

- Oktyabrın 30-da Ermənistanın daha bir “qorxulu röyası” sayılan Bakı-Tiflis-Qars dəmiryolunun açılışı gözlənilir. Açılışda Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları da iştirak edəcək. Əsas sərmayəçisi Azərbaycan və “Dəmir ipək yolu” adlandırılan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin sosial-iqtisadi, siyasi-strateji əhəmiyyəti barədə fikirləriniz maraqlı olardı.

- Bakı-Tiflis-Qars - Azərbaycan, Türkiyə və region ölkələri, eləcə də Avropa üçün çox mühüm əhəmiyyət kəsb edən strateji bir layihə, bütövlükdə birləşdirici dəmiryoludur. Sözsüz ki, layihənin bu müddət ərzində başa çatması mühüm tarixi hadisədir. Azərbaycan prezidentinin qətiyyətli mövqeyi və Türkiyə dövlət başçısının böyük marağı layihənin həyata keçməsində çox böyük rol oynadı. Bu xəttin açılması üçün atılan bütün addımlar öz nəticəsini verir. Böyük gözləntilər vəd edən Bakı-Tiflis-Qars dəmiryolu xətti Azərbaycanın növbəti uğuru, Avropa və Asiyaya çıxışı deməkdir. Bu dəmiryolu vasitəsilə Azərbaycan Türkiyə, Avropa və digər bölgələrə sıx bağlanacaq, eyni zamanda, Çin-Avropa arasındakı daşımalarda əhəmiyyətli bir tərəfə çevriləcək. Təbii ki, Avropadan Asiyaya yük daşımaların ən qısa yolu məhz Azərbaycanın iştirakı ilə mümkündür. Bu üzdən də Bakının bu uğurlu layihədən qazancı daha böyük olacaq. Sözsüz ki, bu dəmiroylu sayəsində nəinki müxtəlif bazarlara çıxış təmin olunacaq, həmçinin sərnişinlərin sivil qaydada qatarlar vasitəsilə region ölkələrinə, Türkiyə, Avropa və Asiyaya çıxışı da asanlaşacaq. Azərbaycanın növbəti uğurlu siyasəti nəticəsində gerçəkləşən bu layihə dünya ölkələri üçün də böyük əhəmiyyət kəsb edəcək. Çünki Azərbaycan mühüm enerji ölkəsidir, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi böyük layihələrin müəllifidir.

- Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrindən sonra Azərbaycanın taixində mühüm hadisə kimi qeyd olunan Bakı-Tiflis-Qars dəmiryolu xətti Azərbaycanın Avroatlantik məkandakı mövqeyinə necə təsir göstərəcək?

- Bu layihə böyük bir ərazini birləşdirərək Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq. Bütövlükdə Azərbaycan bu layihə vasitəsilə bir sıra iqtisadi və siyasi uğurlar qazanacaq. Bakı-Tiflis-Qars dəmiryolu xətti vasitəsi ildə bir milyon sərnişin və 6,5 milyon ton yük daşınması nəzərdə tutulur ki, bu da ticarətdə böyük bir canlanma deməkdir. Layihənin ən cəlbedici tərəfi odur ki, gələcəkdə buraya bir sıra ölkələr də qoşulacaq. Bakı-Tiflis-Qars xətti Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Bu layihə Azərbaycanın Avropanın enerji təminatında oynadığı rolu daha da artıracaq. Layihənin davamı olaraq Qarsdan Naxçıvana birbaşa dəmiryolunun çəkilişi də gözlənilir ki, bu da ölkəmizin Ermənistan üzərində siyasi qələbəsi hesab oluna bilər. Bu, Azərbaycanın blokadada olan ayrılmaz hissəsi Naxçıvanın inkişafına mühüm töhfə verəcək.

Tarix
2017.10.27 / 11:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla