Yuxarı

255 təhsil işçisi müxtəlif pul mükafatları qazandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, “Kapital Bank” təhsil işçiləri üçün “Payız fürsəti” adlı stimullaşdırıcı lotereya keçirir. 2 noyabr tarixində keçirilən lotereyanın ilk tirajında 255 təhsil işçisi müxtəlif pul mükafatları qazandı. Qaliblərin siyahısı bankın saytında qeyd olunub.

Axar.az xəbər verir ki, şərtlərə görə “Kapital Bank” kartları ilə məvacib alan təhsil işçiləri 30 noyabr 2017-ci il tarixinədək, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.

4 dekabr 2017-ci il tarixlərində keçiriləcək ikinci tiraj zamanı daha 255 müxtəlif pul mükafatları sahiblərini tapacaq. Lotereyanın sonunda isə 1 təhsil işçisi 3000 AZN əldə edəcək. İştirak qaydaları ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tehsil-lotereya.

Bundan başqa “Kapital Bank”ın “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası da 30 noyabr 2017-ci il tarixədək davam edir. Aksiya çərçivəsində Kapital Bank kartları ilə məvacib alan təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək məbləğdə kreditlər isə zaminsiz verilir. Kreditin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı və şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.11.03 / 12:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla