Yuxarı

SOCAR-la ABŞ şirkəti arasında müqavilə imzalandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Baş ofisində “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, R.Abdullayev SOCAR-ın layihələrindən söhbət açıb, hər zaman müasir texnologiyaların tətbiqində maraqlı olduqlarını bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villas dünya neft sənayesinin inkişafında Azərbaycan neftçilərinin xüsusi yer tutduğunu qeyd edərək SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Sonra SOCAR və “DeGolyer and MacNaughton” (ABŞ) şirkəti arasında “Yataqların işlənmə prosesinin səmərəliyini və SOCAR-ın neft-qaz yataqlarında hasilatı artırmaq üçün təhlil və texniki dəstək” üzrə müqavilənin imzalanma mərasimi keçirilib. Müqaviləni SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “DeGolyer and MacNaughton” şirkətinin baş vitse-prezidenti Martin Çarls Vieviorovski imzalayıb.

Müqaviləyə əsasən “DeGolyer and MacNaughton” şirkəti SOCAR-ın mövcud və uzun müddət istismar olunan yataqlarında neft və qaz obyektlərinin səmərəli idarə olunması istiqamətində xidmətləri yerinə yetirəcək. Bu məqsədlə ABŞ şirkəti 20 yataq üzrə işlənmə planlarını təhlil edəcək, hasilat səviyyəsini və neftvermə əmsalını yüksəltmək, neftçıxarma xərclərini azaltmaq, təcili strateji hədəfləri müəyyən etmək üçün tövsiyələr hazırlayacaq və həyata keçirilməsində iştirak edəcək.

Tədbirdə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov iştirak edib.

Xatırladaq ki, dünyada neft və qaz sektorunda qabaqcıl servis xidmətləri göstərən şirkət kimi tanınmış “DeGolyer and MacNaughton” 1936-ci ildə təsis edilib. Şirkətin əksər mütəxəssisləri dünyanın qabaqcıl upstrim şirkətlərində, eləcə də kiçik və orta miqyaslı müstəqil şirkətlərdə təcrübə keçmiş peşəkarlardırlar. Şirkət Rusiyanın və Qazaxıstanın onlarla yatağında müvafiq işləri yerinə yetirmiş və müsbət nəticələrə nail olub.

Tarix
2017.11.03 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla