Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Oktyabr 2018


Şahzadələrin həbsi nefti bahalaşdırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında kral ailəsi üzvlərinin, o cümlədən “Saudi Aramco” şirkətinin rəhbərlərindən biri, keçmiş maliyyə naziri İbrahim Əssafın həbsi neft qiymətlərinin artmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu iddia ilə “Blomberq” agentliyi çıxış edib. Agentlik həbslərin Məhəmməd ibn Salmanın mövqelərinin gücləndirilməsinə hesablandığını vurğulayıb.

Agentliyə açıqlama verən “Emireyts Nbd Bank”ın analitiki Edvard Bell neft qiymətlərinin artımının normal olduğunu bildirib:

“Neftin əsas istehsalçısı və ixracatçılarından biri öz iqtisadiyyatını transformasiya edir. Bu prosesin özü ilə qeyri-stabillik və siyasi risklər gətirməsi qaçılmazdır. Bu, qiymətlərdə özünü göstərəcək”.

Qeyd edək ki, bu gün “Brent” markalı neft 62,87 dollara qədər bahalaşıb. Sonuncu dəfə belə göstərici 2015-ci ilin iyulunda qeydə alınıb.

32 yaşlı Məhəmməd bin Salman 21 iyunda vəliəhd şahzadə olub. O, bu vəzifədə Məhəmməd bin Naifi əvəz edib. Qərb ekspertləri bu hadisəni Səudiyyə Ərəbistanında çevriliş adlandırıblar.

İslahat tərəfdarı olan Salmanın mövqeyi Ər-Riyadda çoxlarının narazılığına səbəb olub. Belə ki, 24 oktyabrda bin Salman rəsmən ölkəsinin qapılarını bütün dinlər üçün açacağını bəyan edib. O, həmçinin, ölkəsinin ekstremist ideyalardan qısa zamanda imtina edəcəyini açıqlayıb.

İbn Salmanın təzyiqi ilə kral Salman ibn Əbdüləziz əs-Səud 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazirin həbs olunmasıyla bağlı qərar verib. Daha sonra isə kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Onların korrupsiyada ittiham olduğu vurğulanıb. Maraqlı məqam odur ki, həbslərdən bir gün sonra Səudiyyə Ərəbistanı şahzadəsi Mansur ibn Mukrin ibn Abduləziz əs-Səud və 9 yüksək vəzifəli şəxs helikopter qəzası zamanı həlak olub.

İran əleyhdarı kimi tanınan vəliəhdin sərt addımlarından sonra Yəməndəki husi qiyamçılar Ər-Riyadın hava limanına raket zərbəsi endiriblər. Lakin Səudiyyə ordusu bunun qarşısını alıb. Ər-Riyad öz növbəsində bunu İranın addımı adlandırıb və savaşa səbəb kimi dəyərləndirib. Eyni gündə həmçinin Səudiyyə Ərəbistanına yaxınlığı ilə seçilən Baş nazir Səid Həriri Ər-Riyada səfəri zamanı İranın ona qarşı sui-qəsd hazırladığını iddia edərək, istefaya gedib.

Tarix
2017.11.06 / 15:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yeni binalarda ən bahalı və ən ucuz mənzillərin - Qiyməti

Azərbaycanda qızıl bahalaşdı

Mərkəzi Bank yeni məzənnəni açıqladı

DİF-in hesabatında Bakının reytinqi... – Şərh

“Kapital Bank”dan təhsil işçilərinə “Yenə də beş”

Azərbaycan bu sahəyə görə dünyada ilk pilləyə yüksəldi

Dollar kəskin ucuzlaşacaq - Proqnoz

Əhalinin banklarda əmanəti 8 milyarda çatdı

Dolların bugünkü məzənnəsi

Bransonun ilk təsiri: Türkiyədə dollar ucuzlaşdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla