Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Aprel 2018


Bakı nefti üçün bu qiymət... - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin dünya bazar qiymətinin əvvəlki səviyyəyə qayıdacağı gözlənilmir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisasçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, hazırda nəinki iqtisadi və siyasi faktorlar, hətta neft istehlak edən dövlətlərin mövqeyi belə birmənalı şəkildə neftin qiymətinə təsir göstərir:

“Tendensiyaların təhlil edilməsi və ona uyğun olaraq müxtəlif ssenarilərin işlənib hazırlanması mümkündür. Əvvəla, neftin qiymətindəki son artımlar birbaşa neft ixracatında müşahidə edilən çətinliklərlə bağlıdır. İraqın neft nəqli gündəlik 250 min barrel azalıb. Bu da kürd problemi ilə bağlıdır. Səudiyyə Ərəbistanında baş verənlər də neftin dünya bazarında qiymətinə psixoloji təsir göstərir. Moskva və Ər-Riyadın neft hasilatının 2018-ci ilin sonuna qədər azaldılması ilə bağlı danışıqlara başlaması da prosesə təsirsiz ötüşmür”.

Ekspert Yaxın Şərqdə neftin nəqli ilə bağlı maneələrin aradan qalxacağı təqdirdə qiymətlərin yenidən 60 dollardan - psixoloji həddən aşağı düşəcəyini istisna etməyib:

“Eyni zamanda, ABŞ şist (Slans) neft hasilatını artırarsa, bu da neftin dünya bazarı qiymətinə birbaşa mənfi təsir göstərəcək. Bu baxımdan neftin qiyməti yanız iqtisadi faktorlardan asılı deyil. Artıq siyasi faktorlar neftin qiymətini müəyyənləşdirir. Ancaq mövcud vəziyyəti nəzərə alsaq, hələlik neftin dünya bazar qiymətində kəskin artımların olacağı gözlənilmir”.

İqtisadçı hesab edir ki, Azərbaycan üçün qiymətin 50-60 dollar intervalında dəyişməsi məqbul hesab olunur.

Tarix
2017.11.09 / 10:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu bank Azərbaycana 1 milyard ayırır

Azərbaycan-Rusiya sərhədində yeni post yaradılır

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Neft bahalaşdı

Yunanıstan öz şirkətini SOCAR-a satmadı: kim uduzdu?

Neft yenidən bahalaşdı

Bu məhsullar ucuzlaşdı

Vergilər Nazirliyi ilə DGK arasında protokol imzalandı

Neftin bir bareli 80 dollara çata bilər - Rusiyalı nazir

Dolların bahalaşma səbəbi açıqlandı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla