Yuxarı

Bakı Limanı bu işə ciddi töhfə verəcək - Əfqan nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də olub.

Axar.az xəbər verir ki, tanışlıq zamanı qonaqlara Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanının inkişaf konsepsiyasının ölkəmizin qeyri-neft sektorunun inkişafına, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyi bildirilib.

Bakı Limanının baş direktoru Taleh Ziyadov 2011-ci ildə start götürən yeni Bakı Limanının (Ələt qəsəbəsi) tikintisinin üç fazadan ibarət olacağı barədə məlumat verərək bildirib ki, bütün fazalar bitdikdən sonra limanın ümumi yükaşırma həcminin 25 milyon ton ümumi yük və 1 000 000 TEU-ya qədər genişləndiriləcəyi gözlənilir.

Eyni zamanda qonaqların diqqətinə çatdırılıb ki, son illər ərzində Bakı Limanı tərəfindən liman əməliyyatlarının aparılmasında şəffaflığın təmin edilməsi, yeni innovativ texnologiyanın tətbiqi və prosedurların beynəlxalq standartlara uyğun aparılması istiqamətində mühüm işlər görülüb və bu işlər davam etməkdədir.

Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi öz növbəsində vurğulayıb ki, ölkəsinin ticarət dövriyyəsində Bakı Limanı mühüm yer tutur, Əfqanıstana gələn yüklərin bir qismi yeni Bakı Limanından keçərək ölkəyə daxil olur.

Tarix
2017.11.09 / 23:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla