Yuxarı

Milyonçular artır, yoxsulluq azalır – Hesabat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya əhalisinin ümumi rifah göstəricisi 2016-cı ilin ortalarından 2017-ci ilin ortalarına qədər dönəmdə 6,4% artıb və 280 trilyon dollara çatıb.

Axar.az xəbər verir ki, bu barədə informasiya İsveçrənin “Kredit Suisse” bankının illik hesabatında yer alıb. Hesabata əsasən, artım tempi son 5 ildə maksimal həddə çatıb. Belə ki, rifah göstəricisinin artımı əhali sayının artımından daha sürətli olub.

Bank hazırda dünya sərvətinin yarısının 1% şəxsin əlində cəmləşdiyini bildirib. 2008-ci ildə əldə edilən rekord göstəricidən (42,5%) fərqli olaraq, hazırda dünya sərvətinin 50,1%-lik hissəsi məhz bu şəxslərə məxsusdur.

Son 1 il ərzində dünyada 2,3 milyon yeni milyonçu qeydə alınıb. Dünyadakı ümumi milyonçuların sayı isə 36 milyon nəfər olub.

Bank həmçinin 2022-ci ildə dünya əhalisinin rifah göstəricisinin 341 trilyon dollara çatacağını bəyan edib. Milyonçuların sayı da 20% artaraq 44 milyon nəfər çatacaq. Yoxsul əhalinin sayı isə 4% azalacaq.

Tarix
2017.11.15 / 14:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla