Yuxarı

Braziliyalı nazirdən Azərbaycana - Dəvət

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Braziliya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, müzakirələr noyabrın 15-də iqtisadiyyat naziri Şahin Mustafayevin Braziliya Federativ Respublikasının ölkəmizdə səfərdə olan xarici əlaqələr naziri Aloyzio Nunyesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları da iştirak edib.

Nazir Şahin Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Nazir Şahin Mustafayev kənd təsərrüfatı, ticarət, investisiya qoyuluşu, turizm, İKT, enerji və s. sahələrdə əməkdaşlıq imkanlarını, sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci il yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 5 faiz artıb və ticarət əlaqələrinin genişləndirilməsi üçün ixrac potensialı olan məhsullar müəyyən edilməlidir. Braziliya şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarında və aqroparklarda investor qismində iştirak edə, kənd təsərrüfatı məhsullarının birgə istehsalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər. İqtisadiyyat naziri 2018-ci ilin mart ayında iş adamlarının da təmsil olunacağı Azərbaycan nümayəndə heyətinin Braziliyaya səfər edəcəyini diqqətə çatdırıb.

Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes ilk dəfə olaraq ölkəmizə səfər etdiyini və Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, beynəlxalq arenada ölkələrimiz bir-birini dəstəkləyir, hər iki ölkədə səfirliklərimiz fəaliyyət göstərir. Azərbaycanın planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına uğurla keçdiyini, ölkəmizin regionun aparıcı dövlətlərindən olduğunu qeyd edən nazir Aloyzio Nunyes Azərbaycanın xarici iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Braziliya-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün lazımi şəraitin yarandığını bildirən nazir Aloyzio Nunyes hüquqi çərçivənin genişləndirilməsinin və sadələşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Braziliya iqtisadiyyatı, aparılan iqtisadi islahatlar barədə məlumat verən braziliyalı nazir ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, ölkəsinə investisiya qoyuluşunda maraqlı olduqlarını qeyd edib, Azərbaycanlı iş adamlarını Braziliyaya dəvət edib.

Sonra görüşdə iştirak edən Azərbaycan iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti və Braziliya ilə əməkdaşlıq imkanları barədə məlumat veriblər.

Tarix
2017.11.15 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla