Yuxarı

Lirə, rubl, lari sürətlə ucuzlaşır: manatın taleyi… - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra Qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir.

“Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib. Rusiyada rubl hələlik dollar təzyiqlərinə davam gətirsə də, son 1 ayda rus pulunun kursu dollara nisbətən 4 faizə yaxın geriləyib. Digər qonşumuz, Gürcüstanda isə lari qeyd edilən dövrdə 3 faizə yaxın dəyərsizləşib”.

İqtisadçı qeyd edib ki, Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dəyişməsi manata birbaşa olmasa da, dolayı təsir edir:

“Söhbət həm iqtisadi, həm də psixoloji təsirlərdən gedir. Belə ki, bu ilin 9 ayında 1,07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikinci ölkədir. Azərbaycanla Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu, ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rusiya ilə ticarət dövriyyəmiz 2,05 milyard dollardır. Bu isə o deməkdir ki, sözügedən iki ölkə Azərbaycanın xarici ticarət dövriyyəsinin dörddə birini formalaşdırırlar. Bu isə kifayət qədər ciddi rəqəmdir”.

V.Bayramov hesab edir ki, qonşularımızda milli valyutaların dəyərsizləşməsi prosesi davam edirsə, bu, həmin ölkələr ilə qeyri-neft ixracatımıza təsirsiz ötüşməyəcək:

“Çünki həmin ölkələrdə idxal məhsullarının bahalaşması müşahidə ediləcək ki, bu da qeyri-neft məhsullarımızın sözügedən dövlətlərin bazarlarında rəqabət imkanlarını məhdudlaşdıra bilər. Bütün bunlar fonunda öncədən də proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artacağı gözlənilir. Bu dövlət və yerli müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması, o cümlədən FES-in qərarı kimi xarici faktorlar ilə əlaqədardır. Buna görə də qonşu ölkələrdə milli valyutalara olan təzyiq və dekabrda gözlənilən tələb artımı kontekstində Azərbaycan Mərkəzi Bank növbəti aya indidən hazırlaşmalıdır”.

Tarix
2017.11.22 / 11:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla