Yuxarı

Problemli kreditlərdə insanlar günahkar deyil - Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Bankla baglı məsələlərə toxunmaq hamımız üçün ağrılı mövzudur.

Axar.az xəbər verir bu fikirləri Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı millət vəkili Zahid Oruc bildirib. Millət vəkili qeyd edib ki, hökumət Beynəlxalq Bankın xarici borclarını və digər öhdəliklərini üzərinə götürməklə, həm də siyasi, iqtisadi nüfuzunu və maliyyə reytinqini qoruyub saxlamağa çalışır:

“Gələn ilin büdcə zərfində bu məqsədlə xarici kreditorlara 460 milyon manat ödənəcək. Hər halda ümid edək ki, sağlamlaşmaya yönələn xərclər geri qayıdacaq. Bununla bərabər, ötən iki il ərzində Beynəlxalq Bankın ölkəmizin maliyyə sisteminə vurduğu ziyanı qiymətləndirmək üçün parlamentdə bir sıra məsələlərə aydınlıq gətirmək faydalı olar. Maliyyə Nazirliyinin 2 sentyabr tarixli açıqlaması müəyyən aydınlıq yaradır. Eyni zamanda, müstəqil ekspert qrupu sözügedən bankın 2015-ci ilin 1 yanvarına olan hesabatlarına istinad edərək, onun bütün aktivlərinin 85 faizinin, yəni təxminən 8 milyard manatının müştərilərə verilən kreditlər təşkil etdiyini söyləyirlər. Həmin vəsaitin təxminən 1 milyardı fiziki şəxslərə, yerdə qalanı korporativ müştərilərə verilib. Bu məbləgin də yarısı, yəni 3,5 milyard manatı 30 şirkətə verilən kreditlərdən ibarətdir və göründüyü kimi burada yüksək məbləğlərdən söhbət gedir”.

Millət vəkili hesab edir ki, Beynəlxalq Bankın geri qaytarıla bilməyən kreditlərinin arxasında dayanan təminat onun hansısa hissəsini sağlamlaşdırmağa imkan vermir:

“Təqdim olunan statistikadan da görünür ki, korporativ müştərilərə verilən məbləgin cəmi 800 milyon manatı təminatsız olub. Albaniyadan tutmuş Abxaziyaya qədər, Beynəlxalq Bank tərəfindən qoyulmuş investisiyaların üzərində Azərbaycanın hüquqlarını təmin etmək və həmin aktivləri iqtisadi dövriyyəyə qaytarmaq mümkün olacaqmı? Bank belə dövlət himayəsinə layiq görüldüyü halda 2 milyon vətəndaşın banklara olan problemli kredit borcu 1,8 milyard manatı ötmür. İnsanların devalvasiyadan yaranan yüklülüyü onların günahı kimi qələmə verilə bilməz”.

Tarix
2017.11.22 / 14:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla