Yuxarı

Ekspertdən müqavilədə aldadılan vətəndaşlara - Müjdə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş bankla, sığorta şirkəti ilə, mağaza ilə və s. müqavilə bağlayır. Müqaviləni ona hazır vəziyyətdə imzalamağa təqdim edirlər. Adətən müqavilələr müştəri tərəfindən oxunmur, amma imzalanır. Müqavilə standart şərtlər əsasında bağlanmış hesab olunur. Həmin maddələrə görə, bu halda müştəriyə vicdansızcasına və onun əleyhinə olan müddəalara imza etdiriblərsə, həmin müddəalar etibarsızdır və icra olunmalı deyil.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, bank eksperti Əkrəm Həsənov “vətəndaşın hər hansısa qurumla bağladığı müqavilə icra olunmalıdırmı” sualına cavabında deyib.

Ekspertin sözlərinə görə, vətəndaşlar imzaladıqları müqaviləni mütləq oxumalıdır:

“Ancaq oxumayıb imzalasa belə, müştəriyə vicdansızcasına və onun əleyhinə olan müddəalara imza etdiriblərsə, həmin müddəalar etibarsızdır və icra olunmalı deyil.

Buna görə də “Müqaviləni imzalamısan, icra et!” deyənləri yerində otuzdurun! Təbii, əgər imzaladığınız müqavilədə vicdansız müddəalar varsa.

Konstitusiya Məhkəməsinin 2 qərarında qeyd olunur: “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı sübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır”.

Odur ki, haqlarınızı bilin və tələb edin! Bu halda vəkilsiz də məhkəmədə özünüzü müdafiə edə biləcəksiz!”

Tarix
2017.11.23 / 13:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla