Yuxarı

“Kapital Bank” konfrans keçirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” 6 dekabr tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən keçirilən “Azərbaycanda etika və komplayns” adlı birinci konfransın rəsmi tərəfdaşı olub.

Axar.az xəbər verir ki, konfransda AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və İnformasiya təminatı İdarəsinin prokuroru Elnur Hümbətov və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirdə həmçinin “Kapital Bank”ın əməkdaşı Kamil Lətifov da çıxış edib. Çıxışı zaman maliyyə və qeyri-maliyyə təsisatlarında, xüsusilə də banklarda komplayns sisteminin qurulmasının vacibliyindən, son dövrlər ölkəmizdə komplayns sahəsinin möhkəmlənməsinə və inkişafına xüsusi önəm verilməsindən, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının bu sahəyə nəzarətinin güclənməsindən söhbət açıb. Həmçinin bildirmişdir ki, “Kapital Bank”da beynəlxalq qurumların (FATF, MONEYVAL və s.) müəyyən etdiyi standartlara uyğun komplayns sahəsi qurulub və təkmilləşdirilməsi üzərində işlər aparılır.

Qeyd edək ki, tədbir zamanı çıxış edən qonaqlar Azərbaycanda tətbiq edilən biznes təcrübələrinin müvafiq qanun, qayda və etik biznes davranışı prinsiplərinə uyğunluğunun təmin edilməsi və ölkənin biznes ictimaiyyəti daxilində komplayns mədəniyyətinin inkişafı baxımından vacibliyini vurğulayıblar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.12.11 / 11:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla